Previous Next
Bağla

Azercell-in LTE istifadəçilərinin sayı 1 milyonu keçdi

03-01-2019 10:06
Azercell-in LTE istifadəçilərinin sayı 1 milyonu keçdi

Yola saldığımız 2018-ci il “Azercell Telekom” MMC üçün uğur və nailiyyətlərlə yadda qalan bir il oldu. Bu il ərzində şirkət tərəfindən şəbəkənin gücləndirilməsi və əhatə dairəsinin genişləndirilməsi, ölkənin bütün bölgələrində abunəçilərin yüksək sürətli internetlə təmin olunması məqsədilə ardıcıl işlər görülüb, respublikanın bir çox bölgələrində yeni 4G stansiyaları quraşdırılıb. Nəticədə ölkə boyunca LTE istifadəçilərinin sayı artaraq, 1 milyonu keçib. Bu, Azercell-in təqdim etdiyi keyfiyyət və xidmət səviyyəsini nümayiş etdirən mühüm göstəricidir.  
 
Xeberler.az  bildirir ki, 2018-ci ilin ikinci yarısında dünya bazarında aparıcı mobil rabitə avadanlığı istehsalçıları olan Ericsson və Nokia şirkətləri ilə Azercell şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi, tutumunun və keyfiyyətinin artırılması üzrə mühüm müqavilələr bağlanılıb. Müqavilə çərçivəsində il ərzində Azərbaycanın daha 30 bölgəsində Azercell-in 4G şəbəkəsi qurulub. Hazırda Bakı və Abşeron yarımadası ilə yanaşı 42 bölgədə Azercell-lilər 4G şəbəkəsindən rahat istifadə edə bilirlər. Bütün bunlar Azercell abunəçilərinə sürətli internet xidmətinin üstünlüklərindən yararlanmaq imkanı verir.

Beləliklə, ölkədə 4G xidmətini ilk dəfə abunəçilərinə təqdim edən və Azərbaycanın bütün bölgələrini yüksək sürətli mobil internetlə təmin etməyi hədəfləyən Azercell-in 2018- ci ildə 4G əhatə dairəsi 2 dəfə genişlənib, mobil internetdən istifadə həcmi isə 50% artıb.
 
Azercell radio şəbəkəsində genişləndirmə ilə yanaşı, bir sıra keyfiyyət göstəricilərini yaxşılaşdırmaq yönündə optimallaşdırma tədbirlərini də həyata keçirib. Bu tədbirlər şəbəkə kəsintilərinin qarşısının alınması, həmçinin internet sürətinin artırılmasına
yönəldilib. Geridə qalan ildə Azercell ölkə daxilində abunəçilərini yüksək sürətli internetlə təmin etməklə yanaşı Rominqdə İnternet Paketləri layihəsini də istifadəyə verib. Bununla da şirkət istifadəçilərin səfər və səyahətlər zamanı üzləşə biləcəyi yüksək internet xərcləri ilə bağlı xoşağəlməz halların qarşısını alıb. Belə ki, səyahət zamanı Azercell abunəçiləri 50 ölkədə, 67 operator şəbəkəsində 1 GB və 400 MB həcmində təklif olunan Rominq İnternet paketlərilə sürətli internetdən faydalana bilərlər.

Ölkənin mobil kommunikasiya sektorunun lideri olan “Azercell Telekom” MMC 2019-cu ildə də abunəçilərinin yüksək keyfiyyətli xidmətlər və texnoloji yeniliklərlə təmin olunması istiqamətində fəaliyyətini davam etdirəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Cocuq Mərcanlıda Azercell hər evə gəldi

10-01-2019

Azercell-in 4G şəbəkəsi daha 5 bölgə boyu genişləndi

16-07-2018

Azercell-dən 4G xidmətində daha bir yenilik

02-04-2018

Azercell-dən bölgələrdə olan istifadəçilərə şad xəbər

18-11-2017

Azercell-dən regionlar üçün sürətli mobil internet

17-05-2018

Azercell Gəncədə 4G xidməti istifadəyə verdi

15-09-2017

Dünyanı Azercell ilə səyahət et!

04-06-2019

Azercell-in 4G istifadəçilərinin sayı 3 dəfə artıb

19-06-2019

Azercell-in ölkədə neçə baza stansiyası var?

31-03-2017

Azercell LTE şəbəkəsinin əhatə dairəsini 85 faizə çatdırıb

08-12-2020

Azercell şəbəkə infrastrukturunun inkişaf dinamikasını təqdim edir

15-09-2025

Azercell-in sərfəli rominq paketləri artıq 44 ölkə boyu genişləndi

03-08-2018

Azercell ilə rominqdə onlayn ol

17-01-2019

Bölgələrdə 4G-yə qoşul, Azercell-dən hədiyyə qazan

24-11-2017

Azercell-ə daşınan nömrələrin sayı artıb

27-10-2015

Azercell-dən abunəçilərinə 10 GB internet hədiyyə

22-03-2016

Azercell-dən yeni sərfəli iPhone 6S kampaniyası

30-09-2016

Azercell-dən rominqdə olanlar üçün endirimli mobil internet

05-06-2015

Azercell 4G şəbəkəsini genişləndirir

17-06-2016

Azercell yeni Günlük Rominq İnternet paketini təqdim edir

01-04-2019

Azercell il ərzində regionlarda 4G şəbəkəsini 364 faiz artırdı

28-11-2019

Metro qatarında Azercell-in mobil internet sürətini kəşf et

23-06-2021

Azercell-in Rominqi millər qazandırır

19-11-2019

Son 1 il ərzində “Nar” abunəçilərinin internetdən istifadəsi 65 faiz artıb

16-03-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə