Son 1 il ərzində Mobil Nömrə Daşınmasında müsbət tendensiya müşahidə olunub.
Şirkətdən Xeberler.az-a verilən məlumata görə, nömrələrini Azercell-ə daşıyan abunəçilərin sayı Azercell-dən digər operatorlara daşıyanlardan daha çox olub.
Ümumilikdə isə ötən ilin sentyabr ayının sonundan indiyə qədər Azercell abunəçilərinin sayı 10 min nəfər artıb.
Azercell Telekom MMC-i seçən abunəçilərinin sayı artmaqdadır.
Hazırda 4,5 mln-dan artıq abunəçi ilə Azercell Azərbaycan mobil rabitə bazarının lider şirkətidir. Xatırladaq ki, 2014-cü ilin fevralın 1-dən etibarən Mobil Nömrə Daşınma xidmətinə start verən Azercell bü gün Bakı və regionlarda özünün 200-dən artıq xidmət mərkəzi vasitəsilə Azercell şəbəkəsinə qoşulmaq imkanı yaradır.
Onu da qey edək ki, ilin əvvəlindən etibarən Azercell-in mobil internet xidmətindən istifadədə 39 faiz artım qeydə alınıb. Azercell-in sürətli mobil interneti də olduqca əverişlidir. Son rüb ərzində Azercell-in internet paketlərində 55 faiz endirimin tətbiq olunması , mobil internet trafikinin 39 faiz, gəlirin isə 3.3 faiz artmasına gətirib çıxarıb. Hazırda şirkətin hər ikinci abunəçisi fəal mobil internet istifadəçisidir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri