“Azercell” Belçika şirkəti ilə Beynəlxalq MMS xidmətini istifadəyə verib

19-11-2008 / 11:00

"Azercell Telekom" MMC Belçikanın "Belgium Mobile" mobil rabitə şirkəti ilə Beynəlxalq MMS xidmətini istifadəyə verib.

Şirkətdən Lent.az-a verilən məlumata görə, "Azercell Telekom" 2007-ci ilin aprel ayında Azərbaycanda ilk dəfə olaraq, beynəlxalq MMS rouminq xidmətini istifadəyə verib. Hazırda "Azercell Telekom" MMC 38 mobil şəbəkə operatoru ilə 34 ölkədə MMS xidmətinə qoşulub.

Qeyd edək ki, ölkənin aparıcı mobil operatoru, indiyə kimi 68 ölkənin 158 operatoru ilə GPRS/MMS müqaviləsi imzalayıb. Amma Beynəlxalq MMS rouminq xidməti GPRS/MMS rouminq xidmətindən imkanlarına görə fərqlənir. Belə ki, indiyə kimi istifadədə olan GPRS/MMS rouminq xidməti vasitəsilə xarici ölkədə olan abonent yalnız digər "Azercell" abonentləri ilə MMS mübadiləsi aparmaq və GPRS-dən istifadə etmək imkanlarını əldə edirdi. Adıçəkilən xidmət isə "Azercell" abonentlərinə yalnız şəbəkə daxilində deyil, həm də müqavilə imzaladığı operatorun abonentləri ilə MMS mübadiləsi aparmağa imkan verir.
Mənbə: lent.az


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.