Azərbaycanın aparıcı mobil operatoru olan “Azercell Telekom” MMC rouminq üçün yeni endirim qiymətləri tətbiq etməyə başlayıb.
Şirkətdən verilən məlumata görə, martın 1-dən etibarən Türkiyədə olarkən “Turkcell” mobil operatorundan istifadə etdikdə “Azercell” abonentləri üçün aşağıdakı endirimli qiymətlər tətbiq ediləcək.
Yeni endirimlər nəticəsində fakturalı xətt abonentləri bütün istiqamətlərə cəmi 1,5 AZN qiyməti ilə danışacaqlar. İnternet xidmətindən istifadə edən fakturalı xətt abonentləri 1 MB internet üçün 2,5 AZN, sms üçün isə 0,18 AZN ödəyəcəklər. Onu da qeyd edək ki, fakturalı xətt abonentləri üçün daxil olan zənglər ödənişsizdir.
Xüsusi endirimlər fakturasız xətt abonentləri üçün (SimSim) üçün də keçərlidir. Bundan sonra SimSim abonentləri də daha sərfəli qiymətlərlə danışacaqlar. “Azercell”in təqdim etdiyi yeni endirim paketinə görə, SimSim abonetləri “Turkcell” mobil operatorundan istifadə edərkən bütün istiqamətlərə 1 dəqiqə üçün 450 kontur sərf etməli olacaqlar. Daxili olan zənglərin 1 dəqiqəsinə isə 120 kontur ödəməli olacaqlar.
“Azercell Telekom” MMC beynəlxalq zənglər və rouminq tariflərində endirimlər tətbiq etməyə davam edəcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri