Azərbaycanda İKT və yüksək texnologiyalar sahəsində lider şirkətlərdən biri olan "Azerconnect" icra etdiyi innovativ layihələrə görə bir neçə kateqoriya üzrə nüfuzlu "Stevie®" mükafatına layiq görülüb.
Şirkət həyata keçirdiyi "Inspire.Lead.Create:Women Leadership" proqramı ilə Müxtəliflik və inklüzivlikdə nailiyyətə görə Gümüş, “FLEXcellence:Hybrid Working” proqramı ilə İşçi heyəti üçün məsafədən iş rejiminin idarə edilməsində nailiyyətə görə Gümüş, eləcə də “Hybrid Leadership” proqramı ilə Qarışıq öyrənmənin ən yaxşı istifadəsi üzrə Bürünc mükafatlarını əldə edib.
Bu mükafatlar insan resursları nailiyyəti kateqoriyasında Ən yaxşı işəgötürənlər (Stevie® Awards for Great Employers) üçün səkkizinci illik Stevie® Mükafatları çərçivəsində təqdim olunub. “Stevie® Awards for Great Employers” dünyada ən yaxşı işəgötürənlərə təqdim olunan beynəlxalq mükafat proqramıdır.
Proqramamın məqsədi dünyanın ən yaxşı işəgötürənləri və mükəmməl iş yerləri yaratmağa və idarə etməyə kömək edən insan resursları mütəxəssislərinin, komandaların, nailiyyətlərin və insan resursları ilə əlaqəli məhsul və təchizatçıların tanıdılmasıdır.
"Azerconnect" şirkətinin icra etdiyi proqramlarla iki Gümüş və bir Bürünc mükafata layiq görülməsi şirkətin inklüziv təbiətə malik olduğunu sübut edərək öz əməkdaşlarını dəyərləndirməyə, müxtəlifliyi təşviq etməyə, məsafədən işin effektiv idarə olunmasına, eləcə də işçi qüvvəsində peşəkar inkişafı dəstəkləməyə sadiqliyini nümayiş etdirir.
"Azerconnect" haqqında:
"Azerconnect" şirkəti ölkəmizin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində beynəlxalq standartlara uyğun müxtəlif xidmətlər təqdim edən ilk B2B (Business to Business - Biznesdən biznesə) şirkətdir. "Azerconnect" müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
"Azerconnect" insan resursları sahəsində mükəmməlliyinə görə altı fərqli kateqoriya üzrə dünyanın nüfuzlu “Ən Yaxşı İşəgötürənlər İnstitutu” (Top Employer Institute) tərəfindən Azərbaycanda 2023-cü il üzrə “Ən Yaxşı İşəgötürən” sertifikatına layiq görülüb. Şirkət həmçinin bu il üç müxtəlif kateqoriya üzrə nüfuzlu Brandon Hall Group Mükəmməllik Mükafatına layiq görülüb.
"Stevie® Awards" haqqında:
"Stevie® Awards" səkkiz proqram çərçivəsində təqdim olunur. Beynəlxalq müsabiqəyə hər il 70-dən çox ölkədən 12000-dən çox müraciət göndərilir. Bütün növ və miqyasda təşkilatları və oradakı peşəkarların töhfələrini tanımaqla "Stevie®" dünya üzrə iş yerində üstün nailiyyətləri qiymətləndirir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri