Previous Next
Bağla

Azercell-in “Oflayn Qadınlar” layihəsi beynəlxalq Stevie® mükafatına layiq görülüb

14-08-2026 14:25
Azercell-in “Oflayn Qadınlar” layihəsi beynəlxalq Stevie® mükafatına layiq görülüb

Azercell-in çətin həyat şəraitində olan qadınlara dəstək məqsədilə həyata keçirdiyi “Oflayn Qadınlar” sosial təşəbbüsü beynəlxalq səviyyədə növbəti uğura imza atıb. Layihə 23-cü “International Business Awards®” müsabiqəsində Avropa üzrə “İlin Korporativ Sosial Məsuliyyət Proqramı” (“Corporate Social Responsibility Program of the Year in Europe”) kateqoriyasında Gümüş Stevie® mükafatına layiq görülüb.

“Oflayn Qadınlar” zorakılığa məruz qalan və ya zorakılıq riski ilə üzləşən qadınların hüquqları, yardım mexanizmləri və mövcud dəstək xidmətləri haqqında zəruri məlumatlara maneəsiz çıxışını təmin edən rəqəmsal platformadır. Texnologiyanın imkanlarını konkret sosial problemin həllinə yönəldən layihə xüsusilə həssas vəziyyətdə olan və təcili dəstəyə ehtiyac duyan qadınlar üçün kritik məlumatları əlçatan edir.

Layihənin əsas fərqləndirici xüsusiyyəti saytdan mobil balansdan asılı olmayaraq yaranlanmağın mümkün olmasıdır. Belə ki, Azercell abunəçiləri aktiv internet paketi və ya balansları olmadığı halda belə oflaynqadinlar.az platformasına daxil olaraq ehtiyac duyduqları məlumat və dəstək resurslarından yararlana bilirlər.

Dünyanın aparıcı biznes mükafatları proqramlarından biri olan “International Business Awards®”ın 2026-cı il müsabiqəsinə 82 ölkədən 3400-dən artıq müraciət təqdim olunub.

Müxtəlif sahələri təmsil edən təşkilatlar beynəlxalq biznes ictimaiyyətinin 300-dən çox müstəqil eksperti tərəfindən qiymətləndirilib. Belə yüksək rəqabət şəraitində “Oflayn Qadınlar” layihəsinin Avropa üzrə Gümüş Stevie® mükafatına layiq görülməsi Azercell-in sosial innovasiya sahəsində həyata keçirdiyi təşəbbüsün beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

Azercell korporativ sosial məsuliyyət fəaliyyətini uzunmüddətli sosial dəyərin yaradılması, rəqəmsal imkanlara çıxışın genişləndirilməsi və həssas qrupların dəstəklənməsi istiqamətində davam etdirir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azercell-in “Oflayn qadınlar” layihəsi beynəlxalq mükafata layiq görülüb

Azercell-in “Oflayn qadınlar” layihəsi beynəlxalq mükafata layiq görülüb

03-03-2026
Azercell “Oflayn qadınlar” sosial layihəsini təqdim edir

Azercell “Oflayn qadınlar” sosial layihəsini təqdim edir

25-11-2025
“Nar” “Stevie” mükafatına layiq görüldü

“Nar” “Stevie” mükafatına layiq görüldü

24-08-2023
DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi ABŞ-də keçirilən müsabiqədə  mükafata layiq görülüb

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi ABŞ-də keçirilən müsabiqədə mükafata layiq görülüb

03-09-2024
“Nar” “Stevie” mükafatına layiq görüldü

“Nar” “Stevie” mükafatına layiq görüldü

24-08-2023
Azercell beynəlxalq mükafata layiq görülüb

Azercell beynəlxalq mükafata layiq görülüb

27-08-2015
"Azerconnect" nüfuzlu "Stevie®" mükafatına layiq görülüb

"Azerconnect" nüfuzlu "Stevie®" mükafatına layiq görülüb

19-10-2023
“Nar” nüfuzlu beynəlxalq mükafata layiq görüldü

“Nar” nüfuzlu beynəlxalq mükafata layiq görüldü

17-08-2022
Azercell “Baku Flames”da ilin “Ən Yaxşı Yerli Brend”i seçildi

Azercell “Baku Flames”da ilin “Ən Yaxşı Yerli Brend”i seçildi

19-05-2026
NEQSOL Holding, NEQSOL Academy və Liderlik İnkişaf Proqramlarına görə beynəlxalq mükafatlara layiq görülüb

NEQSOL Holding, NEQSOL Academy və Liderlik İnkişaf Proqramlarına görə beynəlxalq mükafatlara layiq görülüb

10-08-2022
“Nar” nüfuzlu “Stevie” mükafatına layiq görülüb

“Nar” nüfuzlu “Stevie” mükafatına layiq görülüb

19-08-2025
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb

İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb

26-01-2026
Azercell-in uğurlu fəaliyyəti diqqət mərkəzində

Azercell-in uğurlu fəaliyyəti diqqət mərkəzində

11-01-2019
Ölkənin lider mobil operatoru iki qızıl mükafata layiq görüldü!

Ölkənin lider mobil operatoru iki qızıl mükafata layiq görüldü!

10-10-2024
Azercell daha bir uğura imza atdı

Azercell daha bir uğura imza atdı

26-03-2019
Azercell növbəti beynəlxalq mükafatı qazandı

Azercell növbəti beynəlxalq mükafatı qazandı

21-08-2018
Azercell mükafata layiq görüldü

Azercell mükafata layiq görüldü

03-11-2015
Azercell nüfuzlu Oracle Innovation Award ilə təltif edildi

Azercell nüfuzlu Oracle Innovation Award ilə təltif edildi

13-02-2019
Azercell-dən Beynəlxalq Qadınlar Gününə xüsusi təklif!

Azercell-dən Beynəlxalq Qadınlar Gününə xüsusi təklif!

06-03-2025
Azercell İlin Telekommunikasiya Şirkəti seçilib

Azercell İlin Telekommunikasiya Şirkəti seçilib

26-09-2019
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb

Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb

21-05-2026
“Qadın Dəstək Xətti”nə zənglərin sayı iki dəfə artıb

“Qadın Dəstək Xətti”nə zənglərin sayı iki dəfə artıb

13-07-2026
Azercell qadınların təhsil imkanlarını genişləndirən layihəyə dəstək olub

Azercell qadınların təhsil imkanlarını genişləndirən layihəyə dəstək olub

17-02-2025
Azercell-ə Romada xüsusi mükafat təqdim edilib-Foto

Azercell-ə Romada xüsusi mükafat təqdim edilib-Foto

25-10-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə