Previous Next
Bağla

"AzerTelecom"un Baş icraçı direktoru nüfuzlu “Global Leadership Women in Tech®” Mükafatına layiq görülüb

03-10-2023 16:53
"AzerTelecom"un Baş icraçı direktoru nüfuzlu “Global Leadership Women in Tech®” Mükafatına layiq görülüb

"AzerTelecom" şirkətinin Baş icraçı direktoru Ana Nakaşidze “Women in Tech® Caucasus and Central Asia Awards (CCA) 2023” tədbirində nüfuzlu “Global Leadership Women in Tech®” mükafatına layiq görülüb.

Ana Nakaşidze kimi nüfuzlu qadın liderlərin nailiyyətlərini irəli çəkən bu mükafat Qafqaz və Mərkəzi Asiya regionunda texnologiya sənayesinin inkişafına mühüm töhfələr vermiş qadınların xidmətlərini tanıdır.

6 ölkədən 80-dən çox iştirakçının qatıldığı tədbir Gürcüstanın paytaxtı Tbilisidə sentyabrda baş tutub. “Women in Tech® CCA Awards” texnologiya sahəsində gender müxtəlifliyi, bərabərlik və inklüzivliyi təşviq etməyə həsr olunan daha geniş “Women in Tech® Global Movement”in (Qadınlar Texnologiyada Qlobal Hərəkatı) bir hissəsidir. Bu hərəkat texnologiya sənayesinə əhəmiyyətli təsir göstərmiş qadınların töhfələrini və yeniliklərini nümayiş etdirmək üçün bir platformadır.

Ana Nakaşidzenin nüfuzlu “Global Leadership Women in Tech®” Mükafatına layiq görülməsi onun texnologiya sənayesində fəaliyyətinə olan sadiqliyini göstərməklə yanaşı, həm də STEAM sahəsində çalışan xanımları ilhamlandırır. Ana Nakaşidze telekommunikasiya sənayesində 20 ildən artıq zəngin təcrübəyə sahibdir. "AzerTelecom" şirkətinin Baş icraçı direktoru vəzifəsinə təyin olunmazdan əvvəl Ana Nakaşidze Gürcüstanda, eləcə də qlobal miqyasda dövlət, özəl və konsaltinq sektorlarında müxtəlif rəhbər vəzifələri tutub.

“Women in Tech® Global Movement”də iştirak edəcək 43 finalçı arasında "Global Leadership Women in Tech®” mükafatına layiq görülən Ana Nakaşidze ilə yanaşı, ölkəmizi təmsil etmiş daha iki istedadlı xanım - Leyla Orucova və Ləman Əliyeva da müvafiq kateqoriyalarda “Start-Up Award” və “Aspiring Teen Award” mükafatlarını qazanıblar. Builki "Women in Tech® CCA" tədbirinin qalibləri 16 noyabr 2023-cü il tarixində Dubayda keçiriləcək "Women in Tech® Global Movement Awards"-ın finalında iştirak edəcəklər.

Ana Nakaşidze İKT və yüksək texnologiyalar sahəsində bir çox nüfuzlu mükafatlara layiq görülüb. Ana Nakaşidze bu ilin mart ayında “Capacity Media” nəşrinin tərtib etdiyi və İT və telekommunikasiya sahəsində 20 görkəmli qadının yer aldığı nüfuzlu “Women to Watch” siyahısında yer alıb. Bundan əlavə, xanım Nakaşidze “Capacity Media” nəşrinin hər il tərtib etdiyi və telekommunikasiya sənayesinin ən nüfuzlu liderlərinin yer aldığı “Power 100” siyahısına daxil edilib.

"AzerTelecom" Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur. Şirkət müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"AzerTelecom"un Baş İcraçı Direktoru dünyanın nüfuzlu telekommunikasiya liderlərinin “Power 100” siyahısında

18-05-2023

"Azerconnect" nüfuzlu "Stevie®" mükafatına layiq görülüb

19-10-2023

“Rəqəmsal İpək Yolu” layihəsi “Submarine Networks World 2021” konfransında təqdim edilib

08-10-2021

AzerTelecom şirkəti BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulub  

20-12-2023

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi ABŞ-də keçirilən müsabiqədə mükafata layiq görülüb

03-09-2024

AzerTelecom şirkətinin Baş direktoru Capacity Middle East tədbirində çıxış edib

15-02-2024

AzerTelecom şirkəti rəhbər heyətində yeni təyinatları elan edir

30-06-2020

Bu texnologiya şirkətlərinin rəhbərliyi tələbələrlə görüşüb

14-12-2022

NEQSOL Holding, NEQSOL Academy və Liderlik İnkişaf Proqramlarına görə beynəlxalq mükafatlara layiq görülüb

10-08-2022

“Nar” nüfuzlu beynəlxalq mükafata layiq görüldü

17-08-2022

AKTA və "Femmes Digitales" arasında Memorandum imzalanıb

11-10-2025

AzerTelecom bağlantı xidməti ilə “Eurovision Services”-ə dəstək olub

12-07-2021

“Women in Cyber” beynəlxalq konfransı keçiriləcək

30-09-2025

“Women in Cyber” Beynəlxalq Konfransı keçirilir

11-10-2025

"Azerconnect"in rəhbər heyəti ADA Universitetinin tələbələri ilə görüşüb

22-11-2022

“Nar” “Stevie” mükafatına layiq görüldü

24-08-2023

“Aztelekom” “Ən Sürətli Sabit Şəbəkə” mükafatına layiq görülüb

06-03-2025

“Nar” “Stevie” mükafatına layiq görüldü

24-08-2023

Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb

21-05-2026

İnformasiya Texnologiyaları sahəsində ilin direktoru

10-12-2018

AzerTelecom şirkətinin rəhbərliyində yeni təyinat olub

07-12-2023

Bakcell-in baş texniki direktoru mükafata layiq görülüb

27-11-2015

Bu gün ilin ən uğurlu İT xanımları müəyyən ediləcək

26-01-2017

NEQSOL Holding-in təşkilati dəstəyi ilə Capacity Qafqaz və Mərkəzi Asiya 2022 tədbiri keçiriləcək

31-01-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə