Bu ilin yanvar-sentyabr aylarında Kosmik Agentlik ("Azərkosmos") 19,6 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.
Xeberler.az məlumat verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın oktyabr sayında bildirilir.
Sənədə əsasən, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 48,5 % çoxdur.
9 ayda peyk telekommunikasiya xidmətlərini 36 ölkədən təxminən 95 şirkət idxal edib. 1 il əvvələ nisbətən ölkələrin sayı 5 vahid azalıb. Əsas ixrac istiqamətləri Böyük Britaniya (3,1 milyon ABŞ dolları), Lüksemburq (2,4 milyon ABŞ dolları), Türkiyə (989,7 min ABŞ dolları), Pakistan (884,4 min ABŞ dolları) və Misir (484,9 min ABŞ dolları) olub.
Hesabat dövründə "Azərkosmos"un ixrac gəlirlərinin onun ümumi gəlirlərindəki payı isə 66 %-dən 61 %-ə düşüb.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları