“Azərpoçt” bayramda da işləyəcək

16-03-2011 / 17:50

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” MMC-nin tabeliyində olan poçt şöbələri mart ayının 19-dan 27-nə qədər növbəli iş rejimində işləyərək əhaliyə bütün növ poçt rabitəsi xidmətləri göstərəcəklər.

Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, həmin günlər Novruz bayramı münasibətilə respublikada bayram günləri kimi təsdiq edildiyindən qeyri iş günləri sayılsa da, vətəndaşlar, heç bir narahatlıq olmadan, hər zaman olduğu kimi bütün poçt xidmətlərindən istifadə edə, o cümlədən məktub, bağlama, pul və s. göndərə, müxtəlif kommunal xidmətlər haqqını ödəyə biləcək.

Bundan əlavə 20-21 mart Novruz bayramıı münasibətilə Salyan rayonun Parça Xalac və Abad kəndlərinin poçt şöbələri üçün müasir üslubda tikilmiş yeni binaların istifadəyə verilməsi nəzərdə tutulub.

Bütün yeni binalar müasir texniki avadanlıqla və mebel ilə təchiz olunub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə