“Azərpoçt” yeni poçt obyektlərini istifadəyə verəcək

01-10-2009 / 11:02

Hər il oktyabr ayının 9-u poçt rabitəsi işçilərinin peşə bayramı – Ümumdünya Poçt Günü qeyd olunur. Ümumdünya Poçt İttifaqının (ÜPİ) qərarı ilə bayram təşkilatın yaradılması gününə (9 oktyabr 1874-cü il) uyğunlaşdırılıb.

Qarşıdan gələn bayram münasibətilə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti bir sıra yeni poçt obyektlərinin istifadəyə verilməsini planlaşdırır. Belə ki, Ümumdünya Poçt Günü ərəfəsində Respublikanın Tərtər, Bərdə və Beyləqan rayonlarında yeni poçt şöbələri binaları açılacaq.

Yeni obyektlər Tərtər rayonunun Qaradağlı və Qaynaq kəndlərində, Bərdə rayon mərkəzi və stansiyasında, eləcədə Beyləqan rayonunun Dünyamalı kəndində tikilib. Milli üslubda inşa olunmuş yeni binalardan hər biri müasir texniki avadanlıq və mebellə təchiz olunublar.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə