Previous Next
Bağla

Azexport portalının uğurlarına aid Video İcmal hazırlanıb

15-11-2019 17:19
Azexport portalının uğurlarına aid Video İcmal hazırlanıb

Xeberler.az bildirir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi növbəti Video İcmalı Azexport.az portalının uğurlarına həsr edib. Video icmalda sahibkarların portalla əməkdaşlıqda əldə etdikləri üstünlüklər diqqətə çatdırılıb. Bildirilib ki, Azexport portalı ilk dəfə Azərbaycan məhsullarını vahid məkan üzərindən beynəlxalq elektron ticarət platformalarında təqdim edir. Nəticədə Portala 2017-ci ildən etibarən daxil olan ixrac sifarişlərinin məbləği 1,5 milyard ABŞ dolları təşkil edir. Azexport portalı “Made in Azerbaijan” məhsullarının beynəlxalq elektron ticarət platformalarında təmsil olunma səviyyəsini 3000 dəfə artırıb. Belə ki, Azexportun fəaliyyətə başlamasına qədər ixrac potensiallı sahibkarların elektron kommersiya imkanlarından istifadəsi 3% olubsa, 2019-cu ildə bu rəqəm 28 %-ə çatıb.

Bu günə qədər Azexport portalına dünyanın 150 ölkəsindən 35 mindən artıq sifariş daxil olub. Portalın təqdim etdiyi Sərbəst Satış Sertifikatı vasitəsi ilə ixracatçılar 54 yeni ölkə bazarına çıxış əldə ediblər.

Fəaliyyəti dövründə Azexport Azərbaycan sahibkarlarının elektron kommersiya savadlılığının artırılması istiqamətində Beynəlxalq Ticarət Mərkəzi və digər tərəfdaşları ilə birgə fəaliyyət göstərib. Təlim kurslarında 5000-dən artıq sahibkara Amazon portalında qeydiyyat və iş prinsipləri, bazar araşdırması və yüksək satış göstəricilərinə malik məhsulların təyin olunması, Alibaba və digər portallar üzərindən etibarlı təchizatçıların tapılması, məhsulların Amazon-un anbarlarına göndərilməsi, məhsulların yerləşdirilməsi və mövcud reklam imkalarından istifadə, beynəlxalq loqistika və gömrük əməliyyatları, beynəlxalq ticarət hüququ və standartlar, texniki tənzimləmə və digər məsələlər öyrədilib. Təlimlərdə praktiki satışların həyata keçirilməsi üçün hər bir iştirakçıya Amazon hesabı və ABŞ bank hesabı açılıb, plastik kartlar təqdim edilib. Azexportun sahibkarlara göstərdiyi bütün xidmətlər ödənişsiz qaydada həyata keçirilir.

Azexport.az portalının uğurlarına həsr olunan Video İcmalla bu linkdən (həmçinin  iqtisadiislahat.org saytında İcmallar bölümündən) tanış olmaq mümkündür:

https://www.youtube.com/watch?v=RV5CyZPqmB8

Video İcmal bu gündən başlayaraq KİV-də, o cümlədən, televiziyalarıda və sosial şəbəklərdə paylaşılacaq.

Qeyd edək ki, Azexport.az resursu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında 21 sentyabr 2016-cı ildə imzalanmış Sərəncamı əsasında yaradılıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən idarə olunan www.azexport.az-ın missiyası “Made in Azerbaijan” malları haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platformanın yaradılmasıdır. Azexport.az portalı ixracatçı sahibkarlara nəqliyyat, logistika, ödəniş və sertifikatlaşdırma sahəsində dövlət dəstəyi göstərir. Dünya Kiçik və Orta Sahibkarlıq Forumu və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azexport.az-ın elektron satış platforması kimi təcrübəsinin digər ölkələrdə yayılması ilə bağlı Anlaşma Memorandumu imzalayıblar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Amazon-la qazan təlimlərinə start verilib

25-10-2018

Amazonla qazan təliminə start verilib

02-11-2018

Azexport portalının dəstəyi ilə ixrac coğrafiyası genişlənir

22-11-2019

“Azexport”un dəstəyi ilə Azərbaycandan Efiopiyaya un məmulatları ixrac olunacaq

16-09-2024

Azexport.az portalı “Distant Amazon və Elektron Ticarət Təlimi” layihəsinə başlayır

23-04-2020

Azexport.az Dövlət İdarəçilik Akademiyasında e-ticarət təlimi keçirib

23-02-2019

Azexport portalının Elektron ticarət üzrə təlimi yekunlaşıb

29-11-2018

Ötən il “Azexport” portalı ixracatçılara 61 ədəd sərbəst satış sertifikatı təqdim edib

22-01-2025

Azexport portalının xüsusi buraxılışı nəşr olundu

23-01-2019

“Distant Amazon və Elektron Ticarət Təlimi”nin sertifikatları «QR kod” ilə təqdim olunub

03-06-2020

“Azexport.az” portalı Türkiyənin rəqəmsal ticarət platforması ilə əməkdaşlığa başlayır

19-11-2021

“Azexport” portalının dəstəyi ilə Efiopiyaya məhsul ixrac ediləcək

22-11-2024

"Azexport" daha bir məhsula Sərbəst Satış Sertifikatı verib

09-10-2025

“Azexport” Bolqarıstana ixrac üçün sərbəst satış sertifikatı təqdim edib

17-06-2025

Azexport.az Bakutel sərgisində təmsil olunur

03-12-2019

Yerli məhsulların ixracı üçün yeni portal yaradılıb

19-12-2016

“Azexport” portalı ABŞ-nin Kaliforniya ştatından sifariş alıb

05-01-2026

Azexport portalı vasitəsilə son 10 ildə ilk dəfə Rusiyaya yun ixracı həyata keçirilib

11-12-2018

Azexport yeni elektron satış portalları ilə əməkdaşlığa başlayıb

27-07-2018

“Bu portal Azərbaycan məhsullarını bütün dünyaya təqdim edir”

21-09-2017

Azexport.az “Made in Azerbaijan” məhsullarını “Amazon” və “eBay”- də satışa çıxarıb

02-02-2022

Azexport portalı Elektron ticarət və İxrac prosedurları üzrə təlimlər keçirəcək

17-11-2018

Azexport Bakutel 2017-də təmsil olunur

06-12-2017

Ötən il Azexport.az 475 milyon dollar ixrac sifarişi alıb

18-01-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə