Previous Next
Bağla

Azexport portalının xüsusi buraxılışı nəşr olundu

23-01-2019 10:28
Azexport portalının xüsusi buraxılışı nəşr olundu

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azərbaycan İqtisadi İslahatlar İcmalı”nın 2019-cu ildə ilk sayı Azexport portalının fəaliyyətinə həsr olunub. 

Xeberler.az  bildirir ki, icmalda portalın fəaliyyət istiqamətləri, yaratdığı imkanlar, inteqrasiya olunduğu platformalar, əməkdaşlıq əlaqələri, sahibkarların savadlılığının artırılması məqsədi ilə təşkil olunmuş təlimlər və region turları çərçivəsində keçirilən çoxsaylı görüşlər barədə məlumatlar yer alıb. Həmçinin, portalın məlumat bazasının strukturu, zənginliyi və istifadəyə rahatlılığı əyani nümayiş olunub. Azexport portalı vasitəsilə yerli məhsullara daxil olmuş xarici sifarişlərin dəyərinin ötən illə müqayisədə artan tempini göstərən statistik məlumatlar, bu sifarişlərin daxil olduğu ölkələrin sayı və ən çox sifariş almış top 10 məhsulun siyahısı oxuculara infoqrafik təsvirlərlə təqdim olunub.

Bundan başqa, Azexport portalının tərkib hissəsi olaraq, fəaliyət göstərən elektron dövlət-özəl tərəfdaşlıq platforması olan Rəqəmsal Ticarət Qovşağı və bu qovşaq vasitəsilə onlayn şəkildə təqdim edilən Onlayn Vahid İxrac Ərizəsi barədə ümumi məlumatlar və istifadəçilər üçün yaratdığı üstün imkanlar da icmalın cari sayında öz əksini tapıb. Azexport vasitəsilə sahibkarlar üçün böyük ixrac imkanları yaradan və Azərbaycanda bir ilk olan Sərbəst Satış Sertifikatı barədə məlumatlar qeyd olunub, həmçinin, bu sertifikat vasitəsilə Azərbaycan məhsullarının çıxarıldığı yeni bazarlar xəritə üzərində göstərilib. İcmalın son bölməsində isə portaldan istifadə edən və müsbət təsirlərini görən istifadəçi və sahibkarların Portalın onlar üçün yaratdığı imkanlara dair rəyləri yer alıb.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən idarə olunan Azexport.az Azərbaycan mənşəli mallar haqqında məlumat bazası və onların daxili və xarici bazarlarda satışını təmin edən əlverişli və unikal platformadır. Portal Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” Sərəncamı ilə yaradılıb. “Azərbaycan İqtisadi İslahatlar İcmalı”nın Azexport.az portalına dair xüsusi buraxılışı ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

http://iqtisadiislahat.org/store//media/documents/islahatlar_icmali/2019/AZEXPORT_AZE%20(2).pdf

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azexport.az Dövlət İdarəçilik Akademiyasında e-ticarət təlimi keçirib

23-02-2019

Azexport portalının dəstəyi ilə ixrac coğrafiyası genişlənir

22-11-2019

Azexport portalının uğurlarına aid Video İcmal hazırlanıb

15-11-2019

Azexport.az-da 111 milyon dollardan çox sifariş olub

24-05-2017

Ötən il Azexport.az 475 milyon dollar ixrac sifarişi alıb

18-01-2018

Azexport portalının Elektron ticarət üzrə təlimi yekunlaşıb

29-11-2018

“Azexport”un dəstəyi ilə Azərbaycandan Efiopiyaya un məmulatları ixrac olunacaq

16-09-2024

BMT-nin hesabatı: Azexport və Rəqəmsal Ticarət Qovşağı ən yaxşı təcrübədir

15-10-2020

İslahat icmalının xüsusi buraxılışı onlayn vahid ixrac ərizəsinə həsr olunub

22-02-2019

“Azexport” portalının dəstəyi ilə Efiopiyaya məhsul ixrac ediləcək

22-11-2024

Ötən il “Azexport” portalı ixracatçılara 61 ədəd sərbəst satış sertifikatı təqdim edib

22-01-2025

Onlayn vahid ixrac ərizəsi dövlət qurumlarına təqdim olundu

31-01-2019

Azexport portalı Elektron ticarət və İxrac prosedurları üzrə təlimlər keçirəcək

17-11-2018

"Azexport" daha bir məhsula Sərbəst Satış Sertifikatı verib

09-10-2025

Azərbaycan məhsulları ilk dəfə “Alibaba”da ilk üçlükdə yer alıb

26-08-2025

Azexport.az Bakutel sərgisində təmsil olunur

03-12-2019

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yeni Video icmal təqdim edəcək

25-02-2019

“Azexport” Bolqarıstana ixrac üçün sərbəst satış sertifikatı təqdim edib

17-06-2025

“Azexport” portalı ABŞ-nin Kaliforniya ştatından sifariş alıb

05-01-2026

“Azexport.az”da yenilik: portal ölkədaxili çatdırılma xidmətini istifadəyə verib.

21-12-2023

"GS1 Azerbaijan" məlumat bazası "Azexport"a inteqrasiya olunub

16-09-2025

“Azexport.az” portalı Türkiyənin rəqəmsal ticarət platforması ilə əməkdaşlığa başlayır

19-11-2021

Azexport.az portalının imkanları beynəlxalq tədbirdə təqdim olunub

17-06-2022

Yerli məhsulların ixracı üçün yeni portal yaradılıb

19-12-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə