Previous Next
Bağla

“Azexport” portalının dəstəyi ilə Efiopiyaya məhsul ixrac ediləcək

22-11-2024 11:37
“Azexport” portalının dəstəyi ilə Efiopiyaya məhsul ixrac ediləcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “azexport.az” portalı Naxçıvan Muxtar Respublikasından Efiopiyaya qənnadı məhsullarının ixracı üçün sərbəst satış sertifikatı (Certificate of Free Sale) verib.

Xeberler.az məlumat verir ki, portalın rəhbəri Ayxan Qədəşov bildirib ki, son dövrlər sərbəst satış sertifikatı ilə bağlı müraciətlərin sayında artım müşahidə olunur. Müraciətlər əsasən qida məhsullarının ixracı ilə bağlıdır. Beynəlxalq bazarda bu sertifikatı tələb edən şirkətlərin sayı sürətlə artmaqdadır.

“Azexport” portalının təqdim etdiyi növbəti sertifikatlar vasitəsilə Naxçıvan Muxtar Respublikasında istehsal olunan qənnadı məhsullarının Efiopiyaya ixracı nəzərdə tutulub.

Bundan əvvəl də həmin bazara un məmulatlarının ixracı üçün sərbəst satış sertifikatı verilib.

Sərbəst satış sertifikatı Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli Fərmanına uyğun olaraq “Azexport” portalı tərəfindən təqdim olunur. Sertifikat ixrac olunan malın Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiqləyir.

Ümumilikdə, 2018-ci ilin aprel ayından 2024-cü ilin noyabr ayına kimi 746 adda məhsula sərbəst satış sertifikatı verilib. Sertifikatın verilməsi “Made in Azerbaijan” məhsullarının əvvəllər ixracında çətinliklər yaranmış 100-dən artıq Amerika, Asiya, Okeaniya, Avropa və Körfəz ölkəsinə ixracını asanlaşdırıb.

Sərbəst satış sertifikatı əldə etmək istəyən sahibkarlar www.azexport.az portalı vasitəsilə müraciət edə bilərlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azexport”un dəstəyi ilə Azərbaycandan Efiopiyaya un məmulatları ixrac olunacaq

16-09-2024

"Azexport" daha bir məhsula Sərbəst Satış Sertifikatı verib

09-10-2025

“Azexport” Bolqarıstana ixrac üçün sərbəst satış sertifikatı təqdim edib

17-06-2025

“Azexport” portalı İndoneziyaya ixrac üçün sərbəst satış sertifikatlarını təqdim edib

20-11-2023

Azexport portalının dəstəyi ilə ixrac coğrafiyası genişlənir

22-11-2019

Ötən il “Azexport” portalı ixracatçılara 61 ədəd sərbəst satış sertifikatı təqdim edib

22-01-2025

"Azexport" vasitəsilə 763 sərbəst satış sertifikatı təqdim edilib

25-12-2025

Sərbəst Satış Sertifikatının verilməsinə başlandı-Tələblər

19-04-2018

Azexport portalının təqdim etdiyi Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb

18-01-2019

USAID və Azexport əməkdaşlıq edir

08-02-2023

Azexport.az Dövlət İdarəçilik Akademiyasında e-ticarət təlimi keçirib

23-02-2019

“Azexport” portalı ABŞ-nin Kaliforniya ştatından sifariş alıb

05-01-2026

Azexport portalının uğurlarına aid Video İcmal hazırlanıb

15-11-2019

Azexport portalının xüsusi buraxılışı nəşr olundu

23-01-2019

Azexport yeni elektron satış portalları ilə əməkdaşlığa başlayıb

27-07-2018

“Azexport” portalı Latviyanın “STC” şirkəti ilə əməkdaşlığa başlayır

25-09-2024

Sahibkarların işi asanlaşdı- Yeni elektron xidmət

01-08-2017

Azexport portalı vasitəsilə son 10 ildə ilk dəfə Rusiyaya yun ixracı həyata keçirilib

11-12-2018

"Azexport" Azərbaycan məhsullarının ABŞ-a ixracına başlayır

28-12-2022

Naxçıvanda bu il 300-dən artıq elektron imza sertifikatı verilib

04-09-2023

"GS1 Azerbaijan" məlumat bazası "Azexport"a inteqrasiya olunub

16-09-2025

“Azexport” Azərbaycan məhsullarının Yaponiyaya ixracını genişləndirir

18-03-2026

“Azexport” və “Alibaba” tərəfdaşlığı yeni mərhələyə daxil olur

23-04-2025

Naxçıvanda bu il 400-dən çox e-imza sertifikatı verilib

06-12-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə