Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnnovativ Biznes İnkubator Mərkəzinin rezidentləri olan “Kalibr” və “Bozkurt Yardım” layihələri “Teknofest-2022” müsabiqəsinin birinci mərhələsində uğur qazanıb.
Xeberler.az bildirir ki, universitetin müəllimi və mərkəzin əməkdaşı Ramin Əkbərovun “Green Tech” müsabiqəsində A kateqoriyası üzrə mentorluq etdiyi “Flusi” layihəsi də növbəti mərhələyə keçib. Komandalar ilkin mərhələdə yüksək bal toplayaraq, ölkəmizdə mayın 26-29-da keçiriləcək “Teknofest Azərbaycan” festivalı çərçivəsində müsabiqənin növbəti “Videohesabat” mərhələsinə vəsiqə qazanıblar.
Kənd təsərrüfatı texnologiyalarından yaşıl texnologiyalara, pilotsuz uçan aparatlardan model peyk yarışmasına qədər müxtəlif kateqoriyalar üzrə keçiriləcək müsabiqələrdə gənclər də öz layihələrini təqdim edəcəklər. Festivalda müxtəlif kateqoriyalar üzrə çoxlu sayda müsabiqə keçiriləcək.
Qeyd edək ki, Azərbaycan bu il ilk dəfə bu festivala ev sahibliyi edəcək. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə ərsəyə gələn “Teknofest” Aerokosmik və Texnologiya festivalında müxtəlif kateqoriyalar üzrə 10 müsabiqə keçiriləcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri