Previous Next
Bağla

"Teknofest Azərbaycan" çərçivəsində texnoloji müsabiqələrə qeydiyyat başa çatıb

02-03-2022 19:05
"Teknofest Azərbaycan" çərçivəsində texnoloji müsabiqələrə qeydiyyat başa çatıb

Türkiyə Teknoloji Takımı Vakfının (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə bu ilin 26 – 29 may tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına hazırlıq çərçivəsində məktəblilər, tələbələr və gənc sahibkarların iştirakını nəzərdə tutan müsabiqələrin qeydiyyat prosesi başa çatıb.

Xeberler.az bildirir ki, 1000-ə yaxın gənc müsabiqələrdə iştirak etmək üçün innovativ layihələrini təqdim edib.

“Sosial yönümlü”, “Yaşıl” və “Aqrar” texnologiyalar, “Robotexnika”, “Baku Skills”, “Pilotsuz uçuş aparatları”, “Cansat”, “Peyk modelləşdirilməsi” və “Sailplaner” müsabiqələri üzrə çoxsaylı müraciətlər fərdi və qrup şəklində təqdim edilib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov “TEKNOFEST Azərbaycan” çərçivəsində keçiriləcək müsabiqələrə olan yüksək maraqdan danışaraq bildirib: “Sevindiricidir ki, Azərbaycanda 1000-ə yaxın gənc öz innovativ layihə və məhsullarını təqdim etmək üçün beynəlxalq festivala qoşulur. 400-ə yaxın ideya və layihə təklifi isə məhz məktəblilərin payına düşür. İnanıram ki, Azərbaycan gəncləri yaxın gələcəkdə yerli innovativ məhsul və texnologiyaların yaradılmasında və ixracında öz potensiallarını tam göstərə biləcəklər”.

Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində “Smart Qarabağ” Hakatonu, kiber idman üzrə Avropa çempionatının “Rocket League” mərhələsi və “Take Off Baku” Beynəlxalq Startap Sammitinə qeydiyyat davam edir. “Take Off Baku” Startap Sammitinə son müraciət tarixi 31 mart, “Smart Qarabağ” Hakatonu və “Rocket League” yarışı üçün 1 aprel 2022-ci ildir.

Bildiririk ki, “TEKNOFEST” Türkiyənin ən böyük aviakosmik və texnologiya festivalı olaraq Teknoloji Takımı Vakfının (T3 Vakfı) və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi tərəfindən 2018-ci ildən etibarən hər il təşkil olunur. Festivalın Türkiyənin hüdudlarından kənarda ilk dəfə Azərbaycanda keçirilməsi iki ölkə arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin bariz nümunəsidir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azercell Telekom” MMC festivalın baş sponsoru oldu

12-04-2022

“Rocket League” Avropa çempionatına qeydiyyat davam edir

15-03-2022

“TEKNOFEST Azərbaycan”ın keçiriləcəyi məkana media tur təşkil olunub

24-05-2022

“TEKNOFEST Azərbaycan” çərçivəsində keçiriləcək bir neçə müsabiqənin qeydiyyat müddəti uzadılıb

19-02-2022

Kiber idman üzrə Avropa çempionatı keçiriləcək

03-03-2022

Bakıda keçiriləcək "Teknofest" festivalının tarixi açıqlanıb

11-01-2022

“Rocket League” üzrə Avropa çempionatına start verildi  

25-05-2022

“Rocket League” üzrə Avropa çempionatına qeydiyyat başa çatıb

06-04-2022

“TEKNOFEST Azərbaycan”ın ilk mərhələsinin nəticələri açıqlanıb

25-03-2022

“Take Off Baku” beynəlxalq startap sammitinə qeydiyyat başa çatıb

04-04-2022

Azərbaycan Türkiyədə keçirilən “Teknofest 2022”də milli pavilyonla təmsil olunur  

30-08-2022

“Smart Qarabağ” Hakatonuna qeydiyyat başa çatdı

11-04-2022

Səlcuk Bayraktar Bakıda MiG-29-da uçub

25-05-2022

 “Take Off Baku” beynəlxalq startap sammiti öz işinə başladı

26-05-2022

“Take Off Baku” beynəlxalq startap sammiti keçiriləcək

02-03-2022

50 startap “Take Off Baku”da iştirak hüququ qazanıb

19-04-2022

“TEKNOFEST Azərbaycan” çərçivəsində Flyboard əyləncə proqramı təşkil olunacaq

28-03-2022

“Tekken7” yarışına start verildi  

27-05-2022

"TEKNOFEST" tədbirinin detalları açıqlanıb

07-02-2022

İrem Bayraktar: “TEKNOFEST-in Azərbaycanda daimi keçirilməsini dəyərləndiririk”

06-09-2023

“TEKNOFEST Türkiyə – 2023”də qalib olmuş Azərbaycan komandaları-FOTO

03-05-2023

  Bakı Ali Neft Məktəbinin 16 komandası “Teknofest”də finala yüksəlib  

25-05-2022

II və III yer üzrə qaliblər təltif olunub

29-05-2022

"Aqrar texnologiyalar" müsabiqəsinə qeydiyyat aparılır

11-02-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə