Previous Next
Bağla

Baham adaları “Falcon 9” raketlərinin öz ərazisinə enməsini qadağan edib

16-04-2025 15:34
Baham adaları “Falcon 9” raketlərinin öz ərazisinə enməsini qadağan edib

Baham adaları hökuməti əvvəlki kosmik missiyadan sonra yaranan ekoloji problemlərin araşdırılması başa çatana qədər İlon Maskın “SpaceX-Falcon 9” raketlərinin öz ərazisinə enməsini qadağan edib.

Xeberler.az “Reuters”ə istinadən məlumat verir ki, Baham adalarının kommunikasiyalar üzrə nümayəndəsi Latrae Rahminq “X” platformasında yazıb: “Ətraf mühitin qiymətləndirilməsi üzrə hesabata tam şəkildə baxılana qədər raketlərin enməsinə heç bir əlavə icazə verilməyəcək”.

“SpaceX” şirkəti Baham adalarının bu addımı ilə bağlı sorğuya cavab verməyib.

Baham adaları hökuməti bu ilin fevral ayında “SpaceX” raketinin bu ölkəyə ilk enişindən sonra tənzimləyici orqanlar tərəfindən təsdiq olunmaq şərti ilə 2025-ci il ərzində daha 19-a icazə verdiyini bildirib.

Hökumətin təhqiqatı “SpaceX” şirkətinin “Starship” kosmik gəmisinin keçən ay Texasdan havaya qalxdıqdan bir neçə dəqiqə sonra kosmosda partlamasından sonra həyata keçirilir.

Sosial media videolarında mühərriklərinin dayanmasından sonra kosmik gəminin nəzarətsiz şəkildə fırlanmağa başlaması və ardından kosmosda parçalanması hadisəsi yer almışdı. Bundan sonra Cənubi Florida və Baham adaları yaxınlığında səmalarda alovlu dağıntıların yayıldığı göstərilib.

Həmin hadisədən sonra Baham adaları kosmik gəminin dağıntılarının onun hava məkanına düşdüyünü bildirib. Ölkə hökuməti dağıntıların tərkibində zəhərli maddələrin olmadığı, bunun dəniz həyatına və ya suyun keyfiyyətinə əhəmiyyətli təsiri ilə bağlı araşdırma aparmaq qərarına gəlib.

“Starship” kosmik gəmisinin partlayışı Baham adalarında “Falcon 9” raketinin eniş proqramı ilə əlaqəli deyildi.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“SpaceX”in kosmik gəmisi fəzada partlayıb

07-03-2025

İlon Maskın “Starship”i sınaq uçuşları zamanı partlayıb

03-02-2021

İlon Maskın “Starship”i üçüncü dəfə də partladı

04-03-2021

“SpaceX” sınaq uçuşunda “Starship” prototipi ilə raket buraxıb

27-08-2025

“Starship”in prototipini daşıyan raket altıncı sınaq uçuşunu həyata keçirib

20-11-2024

“Starship”in ən böyük versiyasının buraxılış tarixi açıqlanıb

28-01-2026

“SpaceX” “Super Heavy” raketinin nəzarətli qayıdışını gerçəkləşdirib

13-10-2024

"SpaceX" "Falcon 9" raketini buraxıb

10-12-2025

İlon Mask iki il ərzində Marsa beş pilotsuz missiya göndərəcək

23-09-2024

Milyarder sahibkar və “SpaceX”in iki əməkdaşı Kennedi Kosmik Mərkəzindən kosmosa çıxacaq

10-09-2024

"SpaceX" "Falcon 9"un uçuşlarını dayandırıb

04-02-2026

“SpaceX”in ilk insanlı kosmik uçuşu həyata keçirilir

01-04-2025

“SpaceX”in pilotlu kosmik missiyası təxirə salınıb

27-08-2024

“SpaceX”in gəlirlərinin 15,5 milyard dollar olacağı proqnozlaşdırılır

04-06-2025

“SpaceX” Beynəlxalq Kosmik Stansiyaya astronavt qrupu göndərib

13-02-2026

“SpaceX” “Starship” prototipinin buraxılışını təxirə salıb

25-08-2025

"SpaceX" "Starship"in yeni sınaq uçuşunu planlaşdırır

30-09-2025

Dörd astronavt Beynəlxalq Kosmik Stansiyadan Yerə qayıdıb

11-08-2025

"Starship"in 11-ci sınaq uçuşu başa çatıb

14-10-2025

"SpaceX" "Starship"in prototipinin 10-cu buraxılışını ləğv edib

26-08-2025

Hindistan və “SpaceX”in birgə kosmik missiyası yenidən təxirə salınıb

11-06-2025

“SpaceX” açıq kosmosa tarixi turist səyahəti təşkil edib

11-09-2024

İlon Mask: “SpaceX”in prioriteti Ayda şəhər yaratmaqdır

09-02-2026

SpaceX NASA-ya Aya sadələşdirilmiş eniş proqramı təklif edib

31-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə