Previous Next
Bağla

“Starship”in prototipini daşıyan raket altıncı sınaq uçuşunu həyata keçirib

20-11-2024 08:35
“Starship”in prototipini daşıyan raket altıncı sınaq uçuşunu həyata keçirib

Amerikalı milyarder İlon Maska məxsus “SpaceX” şirkəti çərşənbə axşamı altıncı orbital sınaq buraxılışı çərçivəsində “Starship” kosmik gəmisinin prototipi ilə daşıyıcı raketin buraxılışını həyata keçirib.

Xeberler.az məlumat verir ki, ABŞ-nin seçilmiş prezidenti Donald Tramp ilk dəfə olaraq Maskla birlikdə buraxılışı izləməyə gəlib. Buraxılışdan əvvəl “SpaceX”in yaradıcısı və baş icraçı direktoru siyasətçiyə “Starship” gəmisinin texniki xüsusiyyətlərini izah edib.

Buraxılış Boka-Çika kosmodromunun (Texas ştatı) start meydançasından gerçəkləşdirilib. İki pillədən – yuxarı və “Super Heavy” sürətləndiricisindən ibarət olan “Starship” kosmosda “Raptor” mühərrikinin təkrar yanmasını da daxil olmaqla əsas texniki təkmilləşdirmələri yoxlayacaq, istilik qalxanının və Hind okeanına nəzarətli eniş üçün dəyişikliklərin sınağını aparacaq.

Yanacağın əksər hissəsinin sərf olunması və “Starship” kosmik gəmisindən ayrılmasından sonra “Super Heavy” sürətləndiricisi kursunu dəyişərək start meydançasına doğru istiqamət götürüb. Sürətləndirici Maskın “Mexazilla” adlandırdığı “Starbase” obyektinə eniş etməli idi.

Lakin sınaq uçuşu komandası şəraiti əlverişsiz hesab edib və sürətləndirici buraxılışdan təxminən yeddi dəqiqə sonra Texas sahillərində Meksika körfəzinə eniş edib.

“SpaceX” Marsa pilot missiyaları üçün nəzərdə tutulan “Starship” kosmik gəmisinin prototipini hazırlayır. Sahibkarın sözlərinə görə, “Starship” artıq iki ildən sonra ekipajsız olaraq Marsa göndərilə bilər. Maskın baş məqsədi növbəti 20 ildə qırmızı planetdə özünü təmin edən şəhər yaratmaqdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"SpaceX" 12-ci sınaq uçuşunda "Starship"i işə salıb

23-05-2026

İlon Maskın “Starship”i sınaq uçuşları zamanı partlayıb

03-02-2021

İlon Maskın “Starship”i üçüncü dəfə də partladı

04-03-2021

“SpaceX” sınaq uçuşunda “Starship” prototipi ilə raket buraxıb

27-08-2025

"Starship"in 11-ci sınaq uçuşu başa çatıb

14-10-2025

“SpaceX” “Super Heavy” raketinin nəzarətli qayıdışını gerçəkləşdirib

13-10-2024

"SpaceX" "Starship"in prototipinin 10-cu buraxılışını ləğv edib

26-08-2025

"SpaceX" "Starship"in yeni sınaq uçuşunu planlaşdırır

30-09-2025

“Starship”in ən böyük versiyasının buraxılış tarixi açıqlanıb

28-01-2026

Tramp “Starship”in sınaq buraxılışında iştirak edəcək

19-11-2024

İlon Mask iki il ərzində Marsa beş pilotsuz missiya göndərəcək

23-09-2024

“Starship”in yeni sınaq uçuşunun tarixi məlum olub

10-01-2025

“SpaceX” “Starship” prototipinin buraxılışını təxirə salıb

25-08-2025

“Starship” “Optimus” ilə Marsa 2026-cı ildə göndəriləcək

15-03-2025

“SpaceX” sınaq uçuşunda “Starship”lə əlaqəni itirib

07-03-2025

“Starship” prototipi yeddinci sınaq buraxılışı zamanı qəzaya uğrayıb

17-01-2025

“SpaceX”in kosmik gəmisi fəzada partlayıb

07-03-2025

İlon Mask: “Starship”in Marsa ilk pilotsuz uçuşları iki ildən sonra planlaşdırılır

08-09-2024

Baham adaları “Falcon 9” raketlərinin öz ərazisinə enməsini qadağan edib

16-04-2025

SpaceX NASA-ya Aya sadələşdirilmiş eniş proqramı təklif edib

31-10-2025

“Starship”in partlayışı ABŞ-də 240-a yaxın uçuş xəttini pozub

08-03-2025

“SpaceX”in gəlirlərinin 15,5 milyard dollar olacağı proqnozlaşdırılır

04-06-2025

NASA Aya eniş planını İlon Maskın rəqiblərinə açıq elan edib

21-10-2025

SpaceX kommersiya peyk daşıyıcısını orbitə buraxıb

04-01-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə