Azərbaycanın ilk mobil operatoru “Bakcell Ltd” MMC öz abunəçilərinə təqdim etdiyi bonus kampaniyasını uzadıb.Bu haqda məlumatı xeberler.az-a şirkətin baş ofisindən veriblər.
Şirkətdən həmçinin bildiriblər ki,müddəti 31 mart 2009-cu il tarixinədək uzadılan kampaniyada Cin Kart abunəçiləri əlavə kontur və güzəştli danışıq şəklində hədiyyələr əldə etməyə davam edəcəklər.
Kampaniya çərçivəsində 1 manat dəyərində danışıq kartı yükləyən istənilən Cin Kart abunəçisi hədiyyə olaraq 300 kontur əvəzinə 400 kontur əldə edəcək; 2 manatlıq kart yükləyən abunəçi 700 kontur əvəzinə 850 kontur hədiyyə qazanacaq; 6 manatlıq danışıq kartı yüklədiyi zaman Cin Kart abunəçisinin balansına 2600 kontur əlavə olunacaq; və, nəhayət, 10 və 20 manatlıq danışıq kartı yüklədikləri halda, abunəçilərin balanslarına müvafiq olaraq 5200 və 11450 kontur yükləniləcək.
Bundan başqa, balansına istənilən danışıq kartını yükləmiş Cin Kart abunəçiləri həmin gün ərzində digər Bakcell abunəçiləri ilə 50% güzəştlə danışmaq imkanı əldə edəcəklər.
Qeyd edək ki, “Bakcell Ltd” MMC 1994-cü ildə etibarən fəaliyyət göstərir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri