Azərbaycanın aparıcı mobil rabitə operatorlarından olan "Baksell Ltd" MMC şirkəti ölkənin ən iri sənaye mərkəzi hesab olunan Sumqayıt şəhərində yeni Müştəri Xidmətləri Mərkəzi açıb.
Şirkətdən xeberler.az-a verilən məlumata görə Sumqayıt şəhər İcra Hakimiyyətinin yaxınlığında yerləşən Müştəri Xidmətləri Mərkəzinin açılışında «Baksell»in baş direktoru xanım İneke Botter, onun dəvəti ilə Sumqayıt şəhər bələdiyyəsinin sədr müavini Akif Quliyev, icra hakimiyyətinin nümayəndələri və şəhərdə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
İ.Botter tədbirdə çıxış edərək bildirib ki, “Bu mərkəzi açmaqla bu gün biz Sumqayıt sakinlərinə daha da yaxınlaşdıq" – deyə baş direktor bildirib. O həmçinin qeyd edib ki, «Baksell» şirkəti yerli sakinlərə yeni iş yerləri təklif etməklə həm də şəhərin iqtisadiyyatına öz töhfəsini verir.
Cənab Akif Quliyev isə Sumqayıt sakinlərinə yüksək keyfiyyətli xidmətlər və məhsullar təqdim etməkdə şirkətə uğurlar arzulayıb. "Şəhərin 60-cı ildönümü olduğundan bu il bizim üçün xüsusi əhəmiyyət daşıyır, ancaq «Baksell»in Sumqayıta gəlişi bu ilin xüsusiliyini daha da artırdı” – deyə bələdiyyə təmsilçisi bildirib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri