Previous Next
Bağla

Gənc informatiklərin mükafatlandırma mərasimi keçirilib

24-06-2009 16:35
Gənc informatiklərin mükafatlandırma mərasimi keçirilib

Bu gün “Kimyaçı” Mədəniyyət Sarayında Sumqayıt şəhər İcra hakimiyyəti və Sumqayıt şəhər Təhsil Şöbəsi tərəfindən orta ümumtəhsil məktəblərinin şagirdləri arasında artıq ikinci ildir təşkil olunan “Gənc İnformatiklər 2009” müsabiqəsinin qaliblərinin təntənəli mükafatlandirma mərasimi keçirilib. Mərasimdə Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin şöbə müdiri Rüfət Gülməmmədov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin idarə rəisi Samir Məmmədov və respublikanın aidiyyatı şirkətlərindən nümayəndələr iştirak edib.

İnternet səhifələrin və təqdimat işlərinin hazırlanması, həmçinin mətn yığıcılığı istiqamətləri üzrə keçirilmiş müsabiqədə Münsiflər Heyəti tərəfindən 14 müxtəlif nominasiya müəyyən edilib. İnternet səhifələr və təqdimatlar proqramçı işinə, mövzu orijinallığına, ən yaxşı dizaynına və məzmununa görə qiymətləndirilib. İbtidai sinif şagirdləri arasında təşkil olunan mətn yığıcılığı yarışında isə ilin vunderkindi, ən çevik informatik, ən səliqəli informatik və ədib informatik mükafatlandırılıb.

Mərasimdə qaliblərə müsabiqənin əsas mükafatı olan “Rəqəmsal dünya”  heykəlciyi və dəyərli hədiyyələr təqdim edilib.

Məlumat üçün bildirək ki,müsabiqə HP şirkətinin və “Microsoft-Azərbaycan” korporasiyasının baş sponsorluğu, Aztelekom İstehsalat Birliyi və “DNS Computers” MMC-nin sponsorluğu ilə keçirilib və Sumqayıt şəhərinin 60 illik yubileyinə həsr olunub.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, AMEA İnformasiya Texnologiyaları İnstitutu, Qafqaz Universiteti, İctimai Televiziya və Radio Yayımları Şirkəti, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, “İntel – Gələcək üçün təhsil” proqramı, Azərbaycan İnternet Forumu və Sumqayıt Tələblər İttifaqı layihəyə təşkilati dəstək göstərirlər.

Müsabiqəyə informasiya dəstəyini İnterfaks-Azərbaycan İnformasiya Agentliyi, Xəbərlər.az portalı, 168 saat qəzetlər qrupu, Dünya televiziyası, Sumqayıt qəzeti və Explorer jurnalı göstərir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Gənc informatik”lərə “Rəqəmsal dünya” təqdim olunacaq

24-04-2009

“Gənc İnformatiklər” müsabiqəsinə may ayının 16-da yekun vurulacaq

06-05-2009

Gənc informatiklərə “Rəqəmsal dünya” təqdim olunacaq

19-06-2010

“Gənc İnformatiklər” müsabiqəsinin final mərasimi keçirilib

11-06-2010

“Gənc informatiklər” müsabiqəsinin final mərasimi keçirilib

08-06-2009

“Gənc informatiklər” müsabiqəsində 400-dən çox şagird iştirak edəcək

17-04-2009

Sumqayıtda “Təhsil, Elm, İnformasiya Texnologiyaları” Festivalı başa çatıb

24-06-2010

Bu il Gənc İnformatiklər müsabiqəsində 600-dən çox şagird və tələbə iştirak edib

11-06-2010

Sumqayıtda “Təhsil, Elm, İnformasiya Texnologiyaları” Festivalına az qaldı!

22-06-2010

Sumqayıtda “Təhsil, Elm, İnformasiya Texnologiyaları” Festivalı keçiriləcək

11-06-2010

“Gənc informatiklər”in saytı fəaliyyətə başladı

09-04-2009

“Təhsil, Elm, İnformasiya Texnologiyaları” Festivalı öz işinə başladı

23-06-2010

Sumqayıt İT Akademiyası tələbələrlə bağlı layihə həyata keçirir

17-10-2009

Sumqayıtda İnformasiya Texnologiyaları Akademiyasının açılış mərasimi keçirilib

25-06-2009

Sumqayıt İT Akademiyada olimpiadalara hazırlıq kurslarına qəbul elan olunub

25-09-2009

Sumqayıt şəhər rəhbərliyi ictimaiyyətlə internet forum vasitəsilə ünsiyyət quracaq

08-10-2009

“İnformasiya Cəmiyyətinin ən yaxşı jurnalisti” müsabiqəsinin Qaliblərinin təqdimat mərasimi keçiriləcək

27-02-2012

“İnformasiya Texnologiyaları Akademiyası” davam edir

04-08-2009

“BAKCELL” şirkəti Sumqayıtda yeni müştəri xidmətləri mərkəzi açıb

26-05-2009

Startup Azərbaycan SUMQAYIT Toplantısı keçirilib

29-04-2013

“Gənc kompüter istedadları” müsabiqəsinin qalibləri müəyyən olunub

04-05-2009

"Ağıllı şəhər" konsepsiyası ilə bağlı müzakirələr aparılıb

17-01-2023

“Elektron Təhsil” Respublika musabiqəsinə start verildi

12-04-2011

“İnformasiya Texnologiyaları Akademiyası” layihəsi davam edir

31-08-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə