Bakcell şirkəti öz xidmət və məhsullarını abunəçilərinə daha yaxın etmək məqsədilə satış və xidmət mərkəzləri şəbəkəsini genişləndirməyə davam edir.
Şirkətdən Xeberler.az-a verilən məlumata görə, bu dəfə şirkət Sumqayıt şəhərində növbəti Satış və Xidmət Mərkəzinin açılışını edib.
Abunəçilər Sumqayıt şəhəri, Üzeyir Hacıbəyov küçəsində (Şərq Bazarının yanı) yerləşən bu yeni konsept və dizaynlı Satış və Xidmət Mərkəzinə təşrif buyurmaqla həm Bakcell xidmət və məhsulları haqda məlumat əldə edə və satışda olan müxtəlif mobil cihazları sınaqdan keçirə bilərlər.
“Sumqayıt bizim abunəçi bazasının çox geniş olduğu şəhərlərdən biridir. Açılışına toplandığımız bu yeni Satış və Xidmət Mərkəzi Azərbaycanda ən böyük BakcellIM-dir. İnanırıq ki, Sumqayıt şəhərinin sakinləri və qonaqlar bu mərkəzdə bizim xidmətlərimizdən rahatlıqla faydalanacaqlar”, deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Nikolai Bekers bildirib.
Hazırda Bakcell-in paytaxt və bölgələrdə 30 Xidmət Mərkəzi öz abunəçilərinə ən üstün müştəri xidməti göstərir. Şirkət öz xidmətlərini abunəçilərinə daha yaxın etmək üçün satış və xidmət şəbəkəsini daha da genişləndirəcək.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri