Previous Next
Bağla

“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirə keçirilib

22-11-2024 18:29
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirə keçirilib

İnnovasiya və sürət lideri “Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib.

Tədbirə spiker qismində “Bakcell”in Marketinq direktoru Elxan Sadıqzadə, “PwC Azərbaycan”ın Məsləhət xidmətləri departamentinin rəhbəri Fərid Qattal və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnnovasiyalar üzrə rəhbəri Evgeniya Bikmurzina qatılıblar. Müzakirələr “Bakcell”in Korporativ kommunikasiyalar və ictimaiyyətlə əlaqələr üzrə direktoru Aysel Süleymanovanın moderatorluğu ilə baş tutub.

Tədbirin keçirilməsində məqsəd süni intellekt və innovativ texnologiyaların dayanıqlı inkişaf hədəflərinə çatmaqda oynadığı mühüm rolu, eləcə də yaşıl texnologiyalara keçidin ətraf mühit və iqtisadiyyat üçün yaratdığı perspektivləri müzakirə etmək olub.

İştirakçılar qeyd ediblər ki, süni intellekt əsaslı yeni texnologiyalar resurslardan daha səmərəli istifadəyə, həmçinin iqlim dəyişikliyi ilə mübarizədə yeni yanaşmalar tətbiq etməyə imkan verir. Vurğulanıb ki, süni intellektin tətbiqinin genişlənməsi ekoloji və iqtisadi dayanıqlığı gücləndirərək daha yaşıl və dayanıqlı gələcəyin qurulmasına önəmli töhfə verəcək.

İnteraktiv formada təşkil olunan panel müzakirəsi sual-cavab sessiyası ilə davam edib.

Tədbir “Bakcell”in dayanıqlı inkişaf hədəflərinə çatmaq və yaşıl texnologiyalar vasitəsilə iqtisadi inkişafa töhfə vermək istiqamətində öhdəliyinə sadiqliyini göstərir.

“Bakcell” haqqında

“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda ”Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.

“Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Bakcell”in dəstəyi ilə azərbaycanlı pilot nüfuzlu yarışda

04-04-2025

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

24-09-2025

“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı olub

04-10-2025

“Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir

05-02-2025

Bakcell və Visa tərəfdaşlığa başlayır

26-11-2025

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

25-04-2025

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

06-05-2025

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq

26-05-2025

Bakcell-in tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı baş tutub

23-12-2025

Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub

17-03-2026

Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!

06-02-2026

“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib

30-09-2025

Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi

13-10-2025

“Bakcell” DaimOnline ilə tələbələrə 5GB hədiyyə edir!

19-03-2025

⁠İnnovasiya və Süni İntellekt üzrə təqaüd proqramına qeydiyyat davam edir

02-02-2026

“Bakcell” süni intellekt təlimi təşkil edib

20-05-2025

Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır

22-12-2025

“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir

01-08-2025

55 nömrəli “Bakcell” avtomobili nüfuzlu sürət yarışında - Video

10-04-2025

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olunub

05-05-2025

“Bakcell” Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verib

04-03-2025

“Bakcell” “11-ci Milli Seçim Konfransı”nın əsas tərəfdaşıdır

11-08-2025

“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır

18-06-2025

"Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir

29-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə