Previous Next
Bağla

Bakıda "Təhlükəsiz Hökumət Buludu" tədbiri baş tutub

03-03-2020 11:17
Bakıda "Təhlükəsiz Hökumət Buludu" tədbiri baş tutub

II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində “AzInTelecom” MMC-nin  təşkilatçılığı ilə “Təhlükəsiz Hökumət Buludu” mövzusunda tədbir keçirilib.

"APA-Economics"in məlumatına görə, tədbirin məqsədi “Hökumət Buludu” layihəsinin əhəmiyyəti və həyata keçirilən təhlükəsizlik tədbirlərinin ictimaiyyətə çatdırılmasıdır.

Tədbirdə “Hökumət Buludu” layihəsinin icrası üzrə görülmüş işlər, məhsullar, xidmətlər və gələcək planlar təqdim olunub.

Bu sahədə aparılan islahatlar, dövlət və biznes strukturlarının, təşkilatların və fərdi şəxslərin formalaşmış elektron informasiya resurslarının qorunması üsulları və mövcud kibertəhdidlər haqqında məlumat verilib.

 

Eyni zamanda, “AZCLOUD” bulud provayderinin təqdim etdiyi məlumatların rezervlənməsi, təhlükəsiz bulud xidmətləri, saxlanılan məlumatların itkisinin qarşısının alınması kimi məsələlər barədə təqdimatlar nümayiş olunub.

 

Tədbirdə “Hökumət Buludu Konsepsiyası və beynəlxalq təcrübə”, “Bulud texnologiyaları və Hökumət Buludu ilə tanışlıq”, “AZCLOUD hökumət həlləri: cari status, miqrasiya planı və təhlükəsizlik”, “Dövlət informasiya resurslarında təhlükəsizlik tədbirləri” mövzularında məruzələr edilib.

 

Qeyd edək ki, “Kibertəhlükəsizlik həftəsi” sahə üzrə əlaqəli fəaliyyətin səmərəliliyinin artırılması və maarifləndirmə səviyyəsinin yüksəldilməsi məqsədilə Nəqliyyat, Rabitə  və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ikinci ildir keçirilir.

 

1 / 2

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bulud xidmətləri üzrə yeni məhsullar təqdim edilib

12-03-2019

AzInTelecom BakuTel 2019 sərgisində yeni məhsullarını təqdim edib

07-12-2019

“Hökumət buludu”na keçidlə bağlı müzakirələr davam edir

16-04-2021

"Hökumət buludu"na keçidlə bağlı daha dörd dövlət qurumu ilə müzakirələr aparılıb

14-10-2021

“Hökumət buludu”na Keçid Planı üzrə dəyirmi masalar keçirilir

18-03-2021

"Hökumət buludu"na keçidlə bağlı daha 9 dövlət qurumu ilə müzakirələr aparılıb

11-12-2021

“Hökumət buludu”na keçidlə bağlı müzakirələr davam edir

24-05-2021

“Hökumət buludu”nun Milli Data Mərkəzi yaradılacaq

22-12-2020

Şuşa DQİ qismən İT sistemlərini "Hökumət buludu"na köçürüb

25-09-2025

“Hökumət buludu”na keçidlə bağlı daha 5 dövlət qurumu ilə müzakirələr aparılıb

27-04-2021

“Azərişıq” İT resurslarını “Hökumət buludu”na köçürür

27-12-2022

"Hökumət buludu"na keçidlə bağlı daha 5 dövlət qurumu ilə müzakirələr aparılıb

10-04-2021

ANAMA informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

26-07-2023

AHİK İT sistemlərini “Hökumət buludu”na köçürüb

17-06-2025

Hesablama Palatası İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb

25-02-2025

Mədəniyyət Nazirliyi informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb

27-12-2023

"Hökumət buludu"na keçidlə bağlı daha üç dövlət qurumu ilə müzakirələr aparılıb

01-04-2021

“Təmiz Şəhər” İT sistemlərini “Hökumət buludu”na köçürüb

15-04-2026

Bulvar İdarəsi İT sistemlərini “Hökumət buludu”na köçürüb

03-03-2026

MEDİA informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb

29-02-2024

Azərbaycanın 161 dövlət qurumunun sistemi "Hökumət buludu"na miqrasiya olunacaq

08-06-2021

Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb

13-01-2026

Ekologiya və Təbii Sərvətlər Nazirliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb

13-08-2025

ƏƏSMN İT xərclərinə 30 faizədək qənaət edəcək

28-03-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə