"Hökumət buludu"na keçidlə bağlı daha üç dövlət qurumu ilə müzakirələr aparılıb

01-04-2021 / 19:12

Azərbaycanda daha üç dövlət qurumunun "Hökumət buludu"na ("G-cloud") keçidi ilə bağlı müzakirələr aparılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında "AzInTelecom" MMC-dən Xeberler.az-a verilən məlumata görə, "Azcloud Hökumət Həlləri" layihəsi çərçivəsində Nazirlər kabinetinin 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli qərarı ilə dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na keçid planı üzrə dəyirmi masalar davam etdirilir.

"Hökumət buludu"na keçid zamanı normativ, maliyyə və texniki məsələlərin müzakirəsi məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyi, İpoteka və Kredit Zəmanət Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri ilə görüşlər təşkil olunub və müzakirələr aparılıb.

Qeyd edək ki, cari ildə "Hökumət buludu"na keçidi nəzərdə tutulan 36 dövlət qurumu ilə görüşlər təşkil olunacaq. Bu günədək Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və Azərbaycan Ədliyyə Nazirliyinin nümayəndələri ilə görüşlər baş tutub.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.