Previous Next
Bağla

AzInTelecom BakuTel 2019 sərgisində yeni məhsullarını təqdim edib

07-12-2019 09:38
AzInTelecom BakuTel 2019 sərgisində yeni məhsullarını təqdim edib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC “Bakutel-2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində yeni xidmət və layihələrini təqdim edib.

Xeberler.az bildirir ki, “AzInTelecom” MMC-nin stendində ziyarətçilərə “Hökumət buludu”, yeni məhsullar və layihələr haqqında geniş məlumat verilib. Bildirilib ki, “Hökumət buludu”nun arxitekturası işlənib hazırlanıb. Arxitekturaya əsasən “Hökumət Buludu”nun fəaliyyəti əsas, ehtiyat, arxiv, test data mərkəzləri olmaqla dörd data mərkəzi vasitəsilə həyata keçiriləcək. “Hökumət Buludu”nda yaradılacaq infrastrukturla bağlı tələb olunan maliyyə vəsaiti hesablanaraq aidiyyəti qurumlara təqdim olunub. “Hökumət buludu” Konsepsiyası nəzərə alınmaqla, dövlət informasiya sistemləri və ehtiyatlarının 2020-2023-ci illər üzrə miqrasiyasını əhatə edəcək “Hökumət buludu”na Keçid Planı layihəsi hazırlanıb. Artıq 29 dövlət qurumu “Hökumət buludu” layihəsi çərçivəsində öz informasiya ehtiyatlarının bir qısmini “Azcloud Hökumət həlləri” buluduna miqrasiya edib. “Azcloud Hökumət həlləri”nin istifadəsini asanlaşdıran vahid pəncərə modeli - AZCLOUD özünüidarəetmə platformasının üstünlükləri barədə məlumat verilib. Qeyd olunub ki, dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na inteqrasiyasının effektiv təşkili, dövlət idarəçiliyində xərclərin azaldılması və dövlət qurumları arasında koordinasiyanın yüksəldilməsi məqsədilə “Hökumət buludu” (G-cloud) layihəsi ilə əlaqədar işlərə artıq start verilib.

Beynəlxalq təcrübəyə əsasən “Hökumət buludu”na miqrasiya edən dövlətlər İT xərclərinə 25-30% qənaət etmiş olurlar. Belə ki, İT infrastrukturunun “Hovuz prinsipi” əsasında daha səmərəli istifadə edilməsi üçün imkan yaranır.

Sərgidə həmçinin AzInTelecom-un təqdim etdiyi yeni məhsullarla və layihələrlə bağlı təqdimatlar təşkil olunub. Rezervlənmə, arxivləşdirmə, biznesin təşkili və təhlükəsizlik xidtmətləri ilə bağlı məlumatlar verilib. Bundan əlavə, Yevlaxda ehtiyat data mərkəzi, Azcloud Hackathon yarışması, Azcloud Hackathon yarışması və gələcək planlarlar haqqında məlumatlar açıqlanıb.

Sərgi çərçivəsində AzInTelecom stendində bulud texnologiyaları üzrə ən son xidmətlərin Azcloud MeetUp adlanan interaktiv sessiyalar təşkil olunub. Adıçəkilən sessiyalar çərçivəsində əsəsən məlumatların qorunması və təhlükəsizliyi mövzusunda 2 saat ərzində 5 təqdimat, 3 demo nümayişi və sual-cavab sessiyaları keçirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Hökumət buludu"na keçidlə bağlı daha dörd dövlət qurumu ilə müzakirələr aparılıb

14-10-2021

"Hökumət buludu"na keçidlə bağlı daha 9 dövlət qurumu ilə müzakirələr aparılıb

11-12-2021

“Hökumət buludu”na keçidlə bağlı müzakirələr davam edir

16-04-2021

“Hökumət buludu”na keçidlə bağlı müzakirələr davam edir

24-05-2021

“Hökumət buludu”na keçidlə bağlı daha 5 dövlət qurumu ilə müzakirələr aparılıb

27-04-2021

“Hökumət buludu”na Keçid Planı üzrə dəyirmi masalar keçirilir

18-03-2021

"Hökumət buludu"na keçidlə bağlı daha 5 dövlət qurumu ilə müzakirələr aparılıb

10-04-2021

Bakıda "Təhlükəsiz Hökumət Buludu" tədbiri baş tutub

03-03-2020

“Hökumət buludu”na Keçid Planı” təsdiqlənib

01-11-2020

"Hökumət buludu"na keçidlə bağlı daha üç dövlət qurumu ilə müzakirələr aparılıb

01-04-2021

Şuşa DQİ qismən İT sistemlərini "Hökumət buludu"na köçürüb

25-09-2025

“Hökumət buludu”nun Milli Data Mərkəzi yaradılacaq

22-12-2020

Daha bir qurum İT sistemlərini “Hökumət buludu”na köçürüb

29-07-2025

“Hökumət buludu”nun arxitekturası işlənib-hazırlanıb

14-01-2022

Ekologiya və Təbii Sərvətlər Nazirliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb

13-08-2025

“Təmiz Şəhər” İT sistemlərini “Hökumət buludu”na köçürüb

15-04-2026

Bulvar İdarəsi İT sistemlərini “Hökumət buludu”na köçürüb

03-03-2026

“Azərenerji” informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

02-04-2024

Azərbaycanın 161 dövlət qurumunun sistemi "Hökumət buludu"na miqrasiya olunacaq

08-06-2021

“İçərişəhər” Qoruğu İdarəsi qismən İT sistemlərini “Hökumət buludu”na köçürüb

05-09-2025

“Azərişıq” İT resurslarını “Hökumət buludu”na köçürür

27-12-2022

Mədəniyyət Nazirliyi informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb

27-12-2023

Dövlət Vergi Xidməti ehtiyat məlumatlarını Yevlax Data Mərkəzinə köçürür

19-12-2022

Bakı Metropoliteni İT sistemlərini “Hökumət buludu”na köçürüb

03-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə