Previous Next
Bağla

BANM tələbələri Microsoft sertifikatı alıb

19-04-2016 11:56
BANM tələbələri Microsoft sertifikatı  alıb

Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının təşkilatçılığı ilə Microsoft-un İT Akademiyasını (Microsoft İmagine Academy) uğurla bitirən və BANM-də keçirilən “Robototexnika” yarışının qalibi olan “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan II və III kurs tələbələrinə sertifikatlar təqdim olunub.

Bu barədə Xeberler.az-a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbirdə Milli Məclis Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri Şahin Həsənov, “Microsoft” şirkətinin Təhsildə əməkdaşlıq üzrə meneceri Emin Axundov və Strateji həllər üzrə mütəxəssis Qaçay Mirzəyev, BANM-in professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Tədbiri açan BANM-in rektoru Elmar Qasımov tələbələri əldə etdikləri nailiyyətlərə görə təbrik edib. Rektor tələbələrin peşəkar mühəndislər kimi formalaşması istiqamətində BANM-də zəruri işlər aparıldığını və əhəmiyyətli addımlar atıldığını vurğulayaraq, onların nailiyyətlərinin ildən ilə artacağına əmin olduğunu deyib. 

O, Ali Məktəbin hər zaman öz tələbələrinə diqqət və qayğı göstərdiyini, onların bilik və bacarıqlarının aşkara çıxarılmasında maraqlı olduğunu bildirib. 

Milli Məclis Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri Şahin Həsənov Ali Məktəbdə tələbələr üçün yaradılan şəraitin onların mütəxəsis kimi formalaşmasında böyük zəmin yaratdığını vurğulayıb. 

Microsoft şirkətinin Təhsildə əməkdaşlıq üzrə meneceri Emin Axundov qalib tələbələri təbrik edərək Ali Məktəbin tələbələrinə şirkətin yeni layihələri haqqında məlumat verdi. Emin Axundov tələbələri həmin layihələrdə iştirak etməyə çağırıb.

Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müdiri Manafəddin Namazov BANM-də Microsoft-un IT Akademiyasının yaranmasından bu günə qədər görülən işlərdən və tələbələrin robototexnika üzrə təqdim etdiyi işlərdən söz açıb.

Sonda Microsoft-un sertifikatlaşdırılmış kurslarını başa vurub imtahandan uğurla keçən “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 2-ci və 3-cü kurs tələbələrinə “Software Development Fundamentals” sertifikatları və BANM-də keçirilən “Robototexnika” yarışında qalib gələn tələbələrə sertifikatlar təqdim edilib.

Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərkosmos Bakı Ali Neft Məktəbində seminar keçirib

Azərkosmos Bakı Ali Neft Məktəbində seminar keçirib

12-02-2019
         Bakı Ali Neft Məktəbinin  5 komandası “Teknofest”in finalında

Bakı Ali Neft Məktəbinin 5 komandası “Teknofest”in finalında

28-03-2023
Bakı Ali Neft Məktəbi TEKNOFEST-in qalibi olub

Bakı Ali Neft Məktəbi TEKNOFEST-in qalibi olub

04-05-2025
               Ölkə üzrə ən çox olimpiadaçı Bakı Ali Neft Məktəbində təhsil alır

Ölkə üzrə ən çox olimpiadaçı Bakı Ali Neft Məktəbində təhsil alır

08-08-2022
BANM tələbəsi “Microsoft” şirkətinin Azərbaycan tələbə təmsilçisi seçilib

BANM tələbəsi “Microsoft” şirkətinin Azərbaycan tələbə təmsilçisi seçilib

24-01-2025
BANM tələbələri “Huawei” şirkətinin təşkil etdiyi beynəlxalq müsabiqənin qalibi oldular

BANM tələbələri “Huawei” şirkətinin təşkil etdiyi beynəlxalq müsabiqənin qalibi oldular

10-08-2022
BANM qlobal kibertəhlükəsizlik yarışmasının qalibi olub

BANM qlobal kibertəhlükəsizlik yarışmasının qalibi olub

13-01-2025
Bakı Ali Neft Məktəbinin rəsmi saytının təqdimatı keçirilib-Foto

Bakı Ali Neft Məktəbinin rəsmi saytının təqdimatı keçirilib-Foto

16-04-2015
Bakı Ali Neft Məktəbində onlayn final imtahanları davam edir

Bakı Ali Neft Məktəbində onlayn final imtahanları davam edir

15-05-2020
Bakı Ali Neft Məktəbinin 2  komandası "Teknofest"də birinci yeri tutub

Bakı Ali Neft Məktəbinin 2 komandası "Teknofest"də birinci yeri tutub

30-05-2022
BANM tələbələri “Green Fintech Startup Challenge” hakatonunda qalib gəliblər

BANM tələbələri “Green Fintech Startup Challenge” hakatonunda qalib gəliblər

01-10-2024
BANM tələbələri Tbilisidə keçirilən müsabiqədə mükafatlandırılıb

BANM tələbələri Tbilisidə keçirilən müsabiqədə mükafatlandırılıb

15-01-2025
BANM-in layihəsi Niderlandda ən yaxşı startaplar arasında yer alıb

BANM-in layihəsi Niderlandda ən yaxşı startaplar arasında yer alıb

08-01-2025
BANM tələbələri doktorantura təqaüdü qazanıb

BANM tələbələri doktorantura təqaüdü qazanıb

21-04-2022
BANM rektoru “TEKNOFEST-2025”də iştirak edəcək tələbələrlə görüşüb

BANM rektoru “TEKNOFEST-2025”də iştirak edəcək tələbələrlə görüşüb

02-05-2025
“Huawei” müsabiqəsinin qalibi:“Bakı Ali Neft Məktəbini seçməkdə düzgün qərar vermişəm”

“Huawei” müsabiqəsinin qalibi:“Bakı Ali Neft Məktəbini seçməkdə düzgün qərar vermişəm”

09-08-2022
BANM tələbəsi “Microsoft”da kritik təhlükəsizlik boşluğu aşkar edib

BANM tələbəsi “Microsoft”da kritik təhlükəsizlik boşluğu aşkar edib

23-09-2024
BANM-in startap layihələri beynəlxalq müsabiqənin əsas mükafatlarını qazandı

BANM-in startap layihələri beynəlxalq müsabiqənin əsas mükafatlarını qazandı

24-12-2020
BANM tələbələrinin "BullyGuard" startapı ən yaxşı layihə seçilib

BANM tələbələrinin "BullyGuard" startapı ən yaxşı layihə seçilib

27-01-2025
BANM tələbələri AIRO 2025-də 3-cü yerə layiq görülüblər

BANM tələbələri AIRO 2025-də 3-cü yerə layiq görülüblər

23-05-2025
BANM komandası “PASHA Hackathon 5.0” yarışında qalib olub

BANM komandası “PASHA Hackathon 5.0” yarışında qalib olub

21-05-2025
BANM “TEKNOFEST”də Azərbaycanı ən çox komanda ilə təmsil edəcək

BANM “TEKNOFEST”də Azərbaycanı ən çox komanda ilə təmsil edəcək

22-08-2024
BANM-ın “Agroficient” komandası 25,000 avro investisiya qazanıb

BANM-ın “Agroficient” komandası 25,000 avro investisiya qazanıb

26-04-2025
BANM-ın 11 komandası “TEKNOFEST-2024”də iştirak etmək üçün yola

BANM-ın 11 komandası “TEKNOFEST-2024”də iştirak etmək üçün yola

04-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə