Previous Next
Bağla

BANM tələbələri “Huawei” şirkətinin təşkil etdiyi beynəlxalq müsabiqənin qalibi oldular

10-08-2022 10:19
BANM tələbələri “Huawei” şirkətinin təşkil etdiyi beynəlxalq müsabiqənin qalibi oldular

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov “Huawei” şirkətinin təşkil etdiyi “Gələcəyin toxumları proqramı” (Seed For The Future) layihəsinin təntənəli bağlanış mərasimində iştirak edib. Tədbirdə Çinin Azərbaycandakı səfiri xanım Guo Min, “Huawei” şirkətinin Mərkəzi Asiya və Qafqaz regionu üzrə vitse-prezidenti Liu Tong və Azərbaycan Respublikasının elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, ali təhsil müəssisələrinin rektorları və digər rəsmi şəxslər qatılıblar.

Xeberler.az bildirir ki, layihəyə 130-dan çox ölkənin 500-ə yaxın universitetindən tələbələr qatılıb. Azərbaycandan olan 30 tələbənin 15-i isə BANM təmsilçiləri olub. Bunun çox sevindirici hal olduğunu vurğulayan rektor Elmar Qasımov bildirib ki, rəhbərlik etdiyi Ali Məktəb “Huawei” şirkəti ilə geniş əməkdaşlıq edir: “2019-cu ildə Çinin ən böyük transmilli şirkətlərindən olan “Huawei” şirkəti ilə BANM arasında Anlaşma Memorandumu imzalanıb. “Huawei” şirkəti Ali Məktəbdə tədris laboratoriyasının qurulmasına dəstək olub. Hazırda müvafiq ixtisaslarda təhsil alan tələbələrimiz qazandıqları nəzəri bilikləri həmin laboratoriyada praktiki olaraq tətbiq etmək imkanına malikdirlər”.

Layihə çərçivəsində keçirilən “Tech4Good” müsabiqəsində iştirak edən Azərbaycan tələbələrindən ibarət 3 komandadan yalnız biri – BANM-in 4 tələbəsinin təmsil olunduğu “9G” komandası qalib gəlib. Komandada BANM-in İnformasiya təhlükəsizliyi ixtisasının tələbəsi Roman Tolstoşeyev, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbələri Fidan Quliyeva, Sultanə Sultanova və  Neft-qaz mühəndisliyi ixtisasının tələbəsi Rəhimə Abbasova təmsil olunurlar.

Eyni zamanda Ali Məktəbin İnformasiya təhlükəsizliyi ixtisasının tələbələri Roman Tolstoşeyev və Hüseyn Qəmbərov “Huawei” “Seeds Of The Future Alumni” sertifikatına və akademik nəticələrə görə “Huawei” şirkətindən xüsusi hədiyyələrə layiq görülüblər.

Qeyd edək ki, “Gələcəyin toxumları proqramı” yerli İKT bacarığını inkişaf etdirmək, biliyin ötürülməsi prosesini gücləndirmək, qabiliyyətli tələbələrin bacarıqlarını və həyat imkanlarını artırmaq məqsədi daşıyır.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Huawei” müsabiqəsinin qalibi:“Bakı Ali Neft Məktəbini seçməkdə düzgün qərar vermişəm”

09-08-2022

Ölkə üzrə ən çox olimpiadaçı Bakı Ali Neft Məktəbində təhsil alır

08-08-2022

BANM “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

19-03-2024

Bakı Ali Neft Məktəbi TEKNOFEST-in qalibi olub

04-05-2025

BANM tələbələri doktorantura təqaüdü qazanıb

21-04-2022

BANM tələbəsi “Huawei Azerbaijan”ın “Seeds for the Future” proqramında iştirak edib

11-09-2024

BANM qlobal kibertəhlükəsizlik yarışmasının qalibi olub

13-01-2025

“Huawei” şirkətinin nümayəndələri BANM-da olub

06-03-2025

BANM tələbələri Microsoft sertifikatı alıb

19-04-2016

“Huawei” Azərbaycanda İKT sahəsi üzrə istedadlı kadrların inkişafına töhfə verir

12-10-2023

BANM tələbəsi “Microsoft” şirkətinin Azərbaycan tələbə təmsilçisi seçilib

24-01-2025

BANM-in startap layihələri beynəlxalq müsabiqənin əsas mükafatlarını qazandı

24-12-2020

BANM-ın “Agroficient” komandası 25,000 avro investisiya qazanıb

26-04-2025

BANM rektoru “TEKNOFEST-2025”də iştirak edəcək tələbələrlə görüşüb

02-05-2025

BANM komandası “PASHA Hackathon 5.0” yarışında qalib olub

21-05-2025

Azərbaycanlı gənclər Huawei-də təcrübə keçəcək

31-10-2019

BANM tələbələrinin "BullyGuard" startapı ən yaxşı layihə seçilib

27-01-2025

BANM tələbələri “Bilişim Vadisi”nin xüsusi mükafatı ilə təltif olunublar

30-01-2025

Bakı Ali Neft Məktəbinin 5 komandası “Teknofest”in finalında

28-03-2023

Dövlət Xidmətinin rəisi "Huawei" şirkətinin vitse-prezidenti ilə görüşüb

04-11-2023

Azərkosmos Bakı Ali Neft Məktəbində seminar keçirib

12-02-2019

"Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırıb

13-09-2025

Bakı Ali Neft Məktəbinin rəsmi saytının təqdimatı keçirilib-Foto

16-04-2015

BANM tələbəsi beynəlxalq hakatonda qalib olub

28-01-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə