Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 6-da Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl Yəhya ilə görüşüb.
Xeberler.az məlumat verir ki, görüşdə Azərbaycanın Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzvlüyünün ölkənin rəqəmsal transformasiya gündəliyinin həyata keçirilməsi və müvafiq sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Azərbaycanda rəqəmsal transformasiyanın dövlət siyasətinin əsas prioritetlərindən biri olduğu bildirilib, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə ardıcıl və sistemli tədbirlərin həyata keçirildiyi qeyd olunub.
Bu siyasətin praktiki nəticəsi olaraq rəqəmsal infrastrukturun inkişafı, dövlət xidmətlərinin rəqəmsallaşdırılması, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin gücləndirilməsi istiqamətlərində görülən işlər barədə məlumat verilib.
Görüşdə Azərbaycan ilə Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, müxtəlif istiqamətlərdə təcrübə mübadiləsinin və birgə təşəbbüslərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları