Previous Next
Bağla

Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

06-10-2026 17:48
Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Azercell-in baş icraçı direktoru Zərinə Zeynalova Rəqəmsal Əməkdaşlıq Təşkilatının (DCO) Baş katibi Dima Əl-Yəhya ilə görüşüb.

Görüş Azərbaycanın Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzv qəbul edilməsindən sonra Baş katibin ölkəmizə səfəri çərçivəsində baş tutub. Azərbaycanın rəqəmsal ekosisteminin əsas qüvvələrindən biri olan Azercell ölkənin rəqəmsal inkişafı, qlobal rəqəmsal iqtisadiyyatda mövqeyinin gücləndirilməsi və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı müzakirələrə qoşulub.

Azərbaycanın DCO-ya üzv olması rəqəmsal sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, eləcə də ölkənin Qafqaz, Mərkəzi Asiya və digər bazarları birləşdirən regional rəqəmsal mərkəz kimi mövqeyinin gücləndirilməsi istiqamətində növbəti addımdır.

Bu baxımdan görüşdə telekommunikasiya şirkətlərinin dəyişən rolu, rəqəmsal xidmətlərin, data və süni intellektin inkişafı ilə sektor üçün yaranan yeni imkanlar müzakirə olunub. Zərinə Zeynalova gələcəyin tələblərinə cavab verən rəqəmsal ekosistemin qurulmasına dair Azercell-in baxışını təqdim edib. Z. Zeynalova bildirib ki, şirkət ənənəvi telekommunikasiya xidmətləri ilə yanaşı, rəqəmsal xidmətlər, data və süni intellekt istiqamətlərini də ardıcıl şəkildə inkişaf etdirir. Azercell-in hədəfləri artıq yalnız bağlantı və rəqəmsallaşma ilə məhdudlaşmır. Şirkət süni intellektin getdikcə daha böyük rol oynadığı iqtisadiyyatın tələblərinə uyğun yeni imkanlar yaratmağı, zəruri bilik və bacarıqları inkişaf etdirməyi və bununla Azərbaycanın rəqəmsal transformasiyasına töhfə verməyi hədəfləyir.

Görüşdə süni intellektin məsuliyyətli tətbiqi və insan kapitalının inkişafı da əsas müzakirə mövzuları sırasında olub. Qeyd olunub ki, süni intellektin uğurlu tətbiqi yalnız texnoloji həllərin yaradılması ilə məhdudlaşmır. Bunun üçün güclü texnoloji və data infrastrukturu, yeni həllərin məsuliyyətli tətbiqi, eləcə də insan kapitalının bilik və bacarıqlarının davamlı inkişafı böyük əhəmiyyət kəsb edir.

Qadınların texnologiya və rəqəmsal iqtisadiyyatın formalaşmasındakı rolu görüşün digər mühüm mövzularından biri olub. Müzakirələr zamanı qadınların yalnız texnologiyadan istifadə edən deyil, həm də onu yaradan, texnoloji şirkətlərin idarə olunmasında iştirak edən və rəqəmsal gələcəyi müəyyən edən qərarların qəbulunda fəal iştirakının vacibliyi vurğulanıb.

Görüşdə, həmçinin Azərbaycanın rəqəmsal inkişaf hədəflərinə nail olmaq üçün zəruri bacarıq və istedad potensialının inkişaf etdirilməsində dövlət və özəl sektor, texnologiya şirkətləri və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın əhəmiyyəti müzakirə olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Baş nazir Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Baş nazir Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

06-10-2026
Azərbaycanın rəqəmsal həllərinin beynəlxalq bazarlara çıxarılması müzakirə edilib

Azərbaycanın rəqəmsal həllərinin beynəlxalq bazarlara çıxarılması müzakirə edilib

05-10-2026
Azərbaycan və DCO rəqəmsal iqtisadiyyatın iqtisadi diversifikasiya töhvəsini müzakirə edib

Azərbaycan və DCO rəqəmsal iqtisadiyyatın iqtisadi diversifikasiya töhvəsini müzakirə edib

05-10-2026
İRİA və Rəqəmsal Əməkdaşlıq Təşkilatı birgə fəaliyyət planı elan edib

İRİA və Rəqəmsal Əməkdaşlıq Təşkilatı birgə fəaliyyət planı elan edib

06-10-2026
Azərbaycan "Microsoft"la Rəqəmsal Bacarıq Mərkəzinin yaradılmasını müzakirə edib

Azərbaycan "Microsoft"la Rəqəmsal Bacarıq Mərkəzinin yaradılmasını müzakirə edib

11-02-2026
Azercell-in prezidenti “GSMA M360 Eurasia 2025” konfransında çıxış edib

Azercell-in prezidenti “GSMA M360 Eurasia 2025” konfransında çıxış edib

23-05-2025
Azərbaycan və “Huawei Technology” arasında əməkdaşlıq perspektivləri dəyərləndirilib

Azərbaycan və “Huawei Technology” arasında əməkdaşlıq perspektivləri dəyərləndirilib

08-09-2026
AzInTelecom “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

AzInTelecom “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

28-09-2026
Azərbaycan "Meta" ilə əməkdaşlığı müzakirə edib

Azərbaycan "Meta" ilə əməkdaşlığı müzakirə edib

13-12-2025
Azərbaycan Aİ ilə əməkdaşlığın genişləndirməsini müzakirə edib

Azərbaycan Aİ ilə əməkdaşlığın genişləndirməsini müzakirə edib

15-11-2025
RİNN-də Çadın rabitə, rəqəmsal iqtisadiyyat və rəqəmsallaşma naziri ilə görüş keçirilib

RİNN-də Çadın rabitə, rəqəmsal iqtisadiyyat və rəqəmsallaşma naziri ilə görüş keçirilib

29-01-2026
Azercell AWS ilə əməkdaşlıqda süni intellekt bacarıqlarının inkişafına yönəlmiş təlimlər təşkil edib

Azercell AWS ilə əməkdaşlıqda süni intellekt bacarıqlarının inkişafına yönəlmiş təlimlər təşkil edib

08-07-2026
Süni intellektin maliyyə sektorunda tətbiqi ilə bağlı müzakirələr aparılıb

Süni intellektin maliyyə sektorunda tətbiqi ilə bağlı müzakirələr aparılıb

31-07-2026
Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzv qəbul edilib

Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzv qəbul edilib

01-09-2026
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir

Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir

23-07-2026
İRİA ilə “Google” şirkətinin nümayəndəsi arasında görüş keçirilib

İRİA ilə “Google” şirkətinin nümayəndəsi arasında görüş keçirilib

21-11-2024
Süni intellektin rəqəmsal iqtisadiyyatın inkişafında oynadığı rol müzakirə olunub

Süni intellektin rəqəmsal iqtisadiyyatın inkişafında oynadığı rol müzakirə olunub

17-11-2024
Prezident: Azərbaycanda süni intellektin məsuliyyətli tətbiqi üçün mühüm addımlar atılır

Prezident: Azərbaycanda süni intellektin məsuliyyətli tətbiqi üçün mühüm addımlar atılır

18-06-2026
Azercell telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşulub

Azercell telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşulub

08-07-2025
Nazir müavini: Süni intellektin inkişafı medianın məsuliyyətini daha da artırır

Nazir müavini: Süni intellektin inkişafı medianın məsuliyyətini daha da artırır

01-05-2026
4SİM və Avropa Süni İntellekt Mükəmməlliyi Mərkəzi əməkdaşlığı genişləndir

4SİM və Avropa Süni İntellekt Mükəmməlliyi Mərkəzi əməkdaşlığı genişləndir

10-04-2026
Azercell və AWS süni intellekt modelləri üçün texnoloji platforma yaradıblar

Azercell və AWS süni intellekt modelləri üçün texnoloji platforma yaradıblar

05-06-2026
İRİA ilə İctimai Şura üzvləri arasında görüş keçirilib

İRİA ilə İctimai Şura üzvləri arasında görüş keçirilib

06-07-2026
İRİA və Çad Respublikası rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edib

İRİA və Çad Respublikası rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edib

17-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə