Previous Next
Bağla

bp-Azerbaijan-ın Azercell-dən imtina etməsinin səbəbi nədir?

28-08-2009 14:13
bp-Azerbaijan-ın Azercell-dən imtina etməsinin səbəbi nədir?

Daha öncə də məlumat verdiyimiz kimi, bp-Azərbaycan şirkəti Azercell Telekom MMC-nin xidmətindən imtina edib, nisbətən ucuz tarif siyasəti yeridən Bakcell-ə keçib.

Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı bu haqda Xeberler.az-a bildirib ki, qəbul edilən təcrübəyə əsasən partnyorların seçilməsi zamanı tender keçirilib. Daha sərfəli şərtlər təklif edənlərin xeyrinə seçim edilib. Məlum olub ki, tenderə hər üç mobil operator - Azercell, Azərfon (Nar Mobile) və Bakcell şirkətləri qatılıb.Sonuncunun rabitə xidmətinin qiyməti aşağı olduğundan qalib də o olub.

Azercell şirkətinin korporativ ünsiyyət və sosial məsuliyyət bölümünün rəhbəri Ülviyyə Həsənzadə isə mətbuata deyib ki, bp şirkəti kimi müştərini itirmək xoş deyil. Lakin bu, sağlam rəqabət əsasında olub. Onun sözlərinə görə, tenderdə digər mobil operatorlar kimi «Azercell» şirkəti də güzəşt paketini təqdim edib: «Ancaq tenderi Bakcell şirkəti udub. Bizim bazarda sağlam rəqabət hökm sürür. Tenderi Bakcell udubsa, biz onları təbrik edirik!"

Ü.Həsənzadə deyib ki, bp şirkəti Azərbaycana gələn gündən Azercell-in xidmətindən istifadə edib: «Əgər onu bəyənməsəydi, servislərini münasib bilməsəydi, bu günə qədər Azercell-də qalmazdı. O ki qaldı indi Bakcell-i seçməsinə, ola bilər, bu şirkətin hansısa şərtlərini münasib bilinib. Azercell də maraqlı təkliflərlə çıxış etmişdi".

Hazırda heç bir şirkətin buna bənzər tender elan etmədiyini deyən bölüm rəhbəri hansısa nüfuzlu qurumun Azercell-in servislərindən imtinası ilə bağlı müraciətin də daxil olmadığını qeyd edib.

Bölüm rəhbəri onu da vurğulayıb ki, bp şirkətinin heç də bütün işçiləri digər mobil operatora keçməyib: «Elə işçilər var ki, hələ Azercell-in servisindən istifadə edir".

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“bp-Azerbaijan” şirkəti “Azercell” operatorunun xidmətindən imtina etdi!

“bp-Azerbaijan” şirkəti “Azercell” operatorunun xidmətindən imtina etdi!

27-08-2009
«Azercell»lə «Bakcell»in 1 GB rəqabəti - ƏN SƏRFƏLİ MOBİL İNTERNET KİMDƏDİR?

«Azercell»lə «Bakcell»in 1 GB rəqabəti - ƏN SƏRFƏLİ MOBİL İNTERNET KİMDƏDİR?

13-06-2024
"Azercell"dən "Facebook"a giriş pulsuz olur

"Azercell"dən "Facebook"a giriş pulsuz olur

19-03-2011
Azercell və Bakcell -ə 3G verilməsindən imtina ilə bağlı bəhanələr davam edir

Azercell və Bakcell -ə 3G verilməsindən imtina ilə bağlı bəhanələr davam edir

04-08-2011
“Azercell Telekom” profilaktik işlər həyata keçirir

“Azercell Telekom” profilaktik işlər həyata keçirir

01-09-2009
Onlayn mediada mobil operatorlarla bağlı yazılan yazıların sayı məlum olub

Onlayn mediada mobil operatorlarla bağlı yazılan yazıların sayı məlum olub

27-03-2014
Azərbaycandan kənarda “Azercell” sistemlərinə qoşulmalar müvəqqəti məhdudlaşdırılıb

Azərbaycandan kənarda “Azercell” sistemlərinə qoşulmalar müvəqqəti məhdudlaşdırılıb

06-08-2022
3G savaşı – günahkar kimdir?

3G savaşı – günahkar kimdir?

10-12-2009
Azercell-in “yağlı” müştərilərini kim ələ keçirmək istəyir?

Azercell-in “yağlı” müştərilərini kim ələ keçirmək istəyir?

22-02-2017
“Azercell” nəhayət ki, 3G-nin tətbiqinə başlayır

“Azercell” nəhayət ki, 3G-nin tətbiqinə başlayır

18-11-2011
“Azercell” abunəçilərinə yarana biləcək problemlər barədə xəbərdarlıq etdi

“Azercell” abunəçilərinə yarana biləcək problemlər barədə xəbərdarlıq etdi

30-01-2009
"Bakcell" "Azercell"ə qalib gəldi

"Bakcell" "Azercell"ə qalib gəldi

04-08-2011
Yay aylarına qədər digər mobil operatorlara da 3G lisenziyası veriləcək

Yay aylarına qədər digər mobil operatorlara da 3G lisenziyası veriləcək

13-04-2010
"Azercell" abunəçiləri "Bakcell" və "Nar" nömrələrinin balansını artıra biləcək

"Azercell" abunəçiləri "Bakcell" və "Nar" nömrələrinin balansını artıra biləcək

08-05-2020
Azercell-in sabiq əməkdaşı "TeliaSonera Avrasiya" şirkətinin vitse-presidenti təyin edilib.

Azercell-in sabiq əməkdaşı "TeliaSonera Avrasiya" şirkətinin vitse-presidenti təyin edilib.

19-06-2014
 “Azercell-in mobil bazarda payı 48 faizdir”

“Azercell-in mobil bazarda payı 48 faizdir”

22-02-2017
«Azercell» korporativ tariflərini yeniləyir

«Azercell» korporativ tariflərini yeniləyir

03-08-2024
«Bakcell» və «Azercell» yaxın vaxtlarda 3G texnologiyası üzrə xidmətlərə başlayacaq

«Bakcell» və «Azercell» yaxın vaxtlarda 3G texnologiyası üzrə xidmətlərə başlayacaq

22-01-2011
“Azercell Telekom” MMC bəyanat yayıb

“Azercell Telekom” MMC bəyanat yayıb

05-06-2009
Azercell dərmanların saxta olub-olmadığını yoxlayacaq

Azercell dərmanların saxta olub-olmadığını yoxlayacaq

27-11-2010
“Yeni mobil operatorların bazara daxil olması bizi qorxutmur”

“Yeni mobil operatorların bazara daxil olması bizi qorxutmur”

24-02-2016
«Azercell» bəzi tətbiqlər üçün pulsuz mobil internet xidmətini ləğv edir

«Azercell» bəzi tətbiqlər üçün pulsuz mobil internet xidmətini ləğv edir

21-09-2022
«Azercell Telekom»  profilaktik işlər həyata keçirir

«Azercell Telekom» profilaktik işlər həyata keçirir

11-08-2009
 “Azercell Telekom” -un fəaliyyətində problemlər yaranacaq

“Azercell Telekom” -un fəaliyyətində problemlər yaranacaq

26-08-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə