Bu ilin sonunadək “Mygov” platformasında süni intellekt tətbiq olunacaq

04-09-2024 / 14:58

Vətəndaşların hökumətlə rahat ünsiyyəti üçün bu ilin sonunadək “Mygov” platformasında süni intellekt tətbiq olunacaq.

Xeberler.az məlumat verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədr müavini Şahin Əliyev “Kağızsız Hökumət: Rəqəmsallaşma və ətraf mühitə təsiri” adlı beynəlxalq tədbirdə deyib.

“Belə ki, vətəndaş artıq suallarını süni intellekt vasitəsilə istər yazılı (mətn formasında) və ya səsli şəkildə hökumətə çatdıra biləcək. Bu istiqamətdə işlər aktiv şəkildə davam edir. İlin sonunadək yekunlaşacağı gözlənilir”, - deyə Ş.Əliyev bildirib.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə