Bulvar İdarəsi İT sistemlərini “Hökumət buludu”na köçürüb

03-03-2026 / 10:10

“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Prezidentinin 718 nömrəli Fərmanının icrası davam etdirilir.

Xeberler.az bildirir ki, fərmanın icrası çərçivəsində daha bir dövlət qurumu - Dənizkənarı Bulvar İdarəsi informasiya sistemləri və ehtiyatlarını qismən “Hökumət buludu”na köçürüb. İdarə İT sistemlərini “AzInTelecom” MMC-yə məxsus Bakı Əsas Data Mərkəzinə yerləşdirib.

“AzInTelecom” tərəfindən quruma Virtual server – IaaS (İnfrastructure-as-a-Service) xidməti təqdim olunub. Bununla da qurum kritik sistemlərin yüksək əlçatanlığına nail olub.

“Hökumət buludu” layihəsi AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən icra edilir. Layihə çərçivəsində dövlət qurumlarının İT sistemlərinin “AzInTelecom” MMC-yə məxsus data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların İT xərcləri azalır, informasiya sistemləri ölkə daxilində – vahid mərkəzdə saxlanılır, 24/7 rejimində monitorinq olunur. “AzInTelecom” MMC “bulud” xidmətləri üzrə beynəlxalq standartları müəyyənləşdirən “TIER III” sertifikatını Cənubi Qafqaz regionunda əldə etmiş ilk qurumdur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə