Previous Next
Bağla

“Netflix”, “eBay” və “Anthropic” Azərbaycanda vergi uçotuna alınıb

24-08-2026 10:25
“Netflix”, “eBay” və “Anthropic” Azərbaycanda vergi uçotuna alınıb

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, Azərbaycanda vergi uçotunda olmayan şəxslərə elektron xidmətlər göstərən qeyri-rezident elektron ticarət platformasının ölkəmizdəki illik dövriyyəsi 10 min ABŞ dollarının manat ekvivalentini keçdikdə, həmin şirkətlər 30 gün ərzində elektron qaydada vergi uçotuna alınmalıdırlar. Bu tələb cari ilin sentyabr ayında qüvvəyə minəcək.

Yeni qaydaların tətbiqinə hazırlıq məqsədilə Dövlət Vergi Xidməti tərəfindən Azərbaycanda elektron xidmətlər göstərən qeyri-rezident elektron ticarət platformaları ilə məlumatlandırma və kommunikasiya işləri aparılır. Hazırda qeydiyyat prosesi davam edir.

Xeberler.az məlumat verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Əlavə edilib ki, qeydiyyata alınmış elektron ticarət platformaları barədə məlumat Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilir və bu günədək qeydiyyatdan keçmiş şirkətlərin siyahısı ilə həmin səhifədə tanış olmaq mümkündür.

“Yeni mexanizm yalnız vergi orqanlarında uçotda olmayan şəxslərə göstərilən elektron xidmətlərə şamil edilir. Belə şəxslərə təqdim edilən rəqəmsal xidmətlər üzrə ƏDV qeyri-rezidentlər tərəfindən dövlət büdcəsinə ödəniləcək.

Rəqəmsal xidmətlərdən sahibkarlıq məqsədilə istifadə edən və vergi uçotunda olan şəxslər qeyri-rezident elektron ticarət platformasının sistemində VÖEN-lərini düzgün qeyd etməlidirlər. VÖEN-lər daxil edildiyi halda qeyri-rezident elektron ticarət platforması ƏDV-ni xidmətin dəyərinə əlavə etmir və vergi ödəyicisindən tutmur, xidmətdən istifadə edən vergi ödəyicisi isə müvafiq ƏDV-ni qanunvericilikdə nəzərdə tutulmuş qaydada özü hesablayaraq dövlət büdcəsinə ödəyir. Buna görə də vergi ödəyiciləri xidmətlərdən istifadə edərkən vergi statuslarına dair məlumatları düzgün və tam təqdim etməlidirlər.

Bununla yanaşı, yeni mexanizmin əhatə etdiyi elektron xidmətlərin dairəsi müvafiq qanunvericiliklə müəyyən edilib. Belə ki, Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü il tarixli 387 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən, elektron ticarət çərçivəsində təqdim edilən iş və xidmətlərə elektron kitabların, musiqi, audio və video materialların, qrafik təsvirlərin, virtual oyunların və proqram təminatlarının yüklənməsi, internetdə reklamların yerləşdirilməsi, eləcə də internet vasitəsilə göstərilən digər oxşar xidmətlər aiddir”, - deyə sorğuya cavabda vurğulanıb.

Əlavə olaraq bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha 4 beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb.

Qeydiyyata alınmış şirkətlər ABŞ-nin “Anthropic, PBC” və “Aghanim Inc.”, İsveçrənin “eBay Marketplaces GmbH”, eləcə də Niderlandın “Netflix International B.V.” şirkətləridir. Bu şirkətlərin ƏDV məqsədləri üçün qeydiyyatı 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Elektron ticarət qaydasında alınan mallara görə vergi tutulurmu?

Elektron ticarət qaydasında alınan mallara görə vergi tutulurmu?

21-06-2022
Xarici saytlardan mal alanlar vergi ödəyəcək

Xarici saytlardan mal alanlar vergi ödəyəcək

13-09-2018
Böyük Britaniya şirkəti elektron qaydada vergi uçotuna alınıb

Böyük Britaniya şirkəti elektron qaydada vergi uçotuna alınıb

22-04-2025
“Apple”a ödəniş zamanı vətəndaşların vəsaitinə ƏDV hesablanmayacaq

“Apple”a ödəniş zamanı vətəndaşların vəsaitinə ƏDV hesablanmayacaq

18-11-2024
Dövlət Vergi Xidməti kod-paroldan istifadəni məhdudlaşdıracaq

Dövlət Vergi Xidməti kod-paroldan istifadəni məhdudlaşdıracaq

29-03-2023
Elektron ticarət vergiyə cəlb edilir

Elektron ticarət vergiyə cəlb edilir

14-12-2016
Nazirliyin daha bir xidməti elektronlaşdırıldı

Nazirliyin daha bir xidməti elektronlaşdırıldı

07-09-2015
Vergi ödəyiciləri üçün elektron xidmətlər  təkmilləşdirilir

Vergi ödəyiciləri üçün elektron xidmətlər təkmilləşdirilir

25-09-2015
Uber-in xidməti ƏDV-yə cəlb olunacaq?- Açıqlama

Uber-in xidməti ƏDV-yə cəlb olunacaq?- Açıqlama

04-12-2017
Elektron ticarət qaydasında xaricə ödənilən məbləğlərə ƏDV-nin tətbiqi barədə

Elektron ticarət qaydasında xaricə ödənilən məbləğlərə ƏDV-nin tətbiqi barədə

16-04-2021
Artıq ödənilmiş vergilərin qaytarılması üzrə müraciətlər elektronlaşdırılıb

Artıq ödənilmiş vergilərin qaytarılması üzrə müraciətlər elektronlaşdırılıb

11-01-2019
Sosial şəbəkələrdə reklam xidməti göstərənlərin vergi öhdəliyi varmı?

Sosial şəbəkələrdə reklam xidməti göstərənlərin vergi öhdəliyi varmı?

28-09-2019
E-ticarət üzrə qeyri-rezidentlərin vergi uçotu yeni qaydada tənzimlənəcək

E-ticarət üzrə qeyri-rezidentlərin vergi uçotu yeni qaydada tənzimlənəcək

23-02-2026
Türkiyədə zəlzələdən zərərçəkənlərə edilən elektron ödənişlərdən vergi tutulmur-RƏSMİ

Türkiyədə zəlzələdən zərərçəkənlərə edilən elektron ödənişlərdən vergi tutulmur-RƏSMİ

08-02-2023
Azərbaycanda elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılacaq

Azərbaycanda elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılacaq

03-09-2009
E-ticarət yolu ilə alınan mallardan vergi necə tutulacaq?-Rəsmi

E-ticarət yolu ilə alınan mallardan vergi necə tutulacaq?-Rəsmi

24-01-2017
Instagram və Facebook vasitəsilə xidmətlər göstərəndə vergi ödəməlidir?

Instagram və Facebook vasitəsilə xidmətlər göstərəndə vergi ödəməlidir?

01-03-2023
Xaricdən onlayn  alınan hansı məhsullar vergiyə  cəlb ediləcək?-Rəsmi

Xaricdən onlayn alınan hansı məhsullar vergiyə cəlb ediləcək?-Rəsmi

27-12-2016
Nağdsız qaydada alınmış mənzilə görə ƏDV-nin bir hissəsi hansı şərtlərlə qaytarılır?

Nağdsız qaydada alınmış mənzilə görə ƏDV-nin bir hissəsi hansı şərtlərlə qaytarılır?

07-02-2023
Kriptovalyutadan gəlir əldə edənlər vergi ödəməli olacaq

Kriptovalyutadan gəlir əldə edənlər vergi ödəməli olacaq

19-08-2025
Azərbaycanda kağız qaimə-faktura qadağan edilib

Azərbaycanda kağız qaimə-faktura qadağan edilib

02-01-2018
Süni intellekt modulları əsasında informasiya sistemləri qurulacaq

Süni intellekt modulları əsasında informasiya sistemləri qurulacaq

15-02-2024
Elektron ticarəti həyata keçirən qeyri-rezidentlərin uçota alınması

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlərin uçota alınması

02-07-2024
İstehsal fəaliyyəti ilə məşğul olan şəxslər hansı halda sadələşdirilmiş vergiödəyicisidir?

İstehsal fəaliyyəti ilə məşğul olan şəxslər hansı halda sadələşdirilmiş vergiödəyicisidir?

02-05-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə