Sərfəli mobil operator “Nar” müştərilərinə müasir smartfonları əlverişli şərtlərlə əldə etmək imkanı yaradır. Kampaniya çərçivəsində müştərilər gündə cəmi 0,77 AZN ödəməklə “Honor X7e” smartfonuna sahib ola bilərlər. Üstəlik, smartfonu əldə edən müştərilərə “Nar” tərəfindən hər ay 2 GB internet bonusu təqdim olunur.
Təklif çərçivəsində “Honor X7e” smartfonu 24 aylıq hissə-hissə ödəniş şərtləri ilə, ayda 23,38 AZN ödəniş etməklə əldə edilə bilər. Müştərilər üçün əlavə rahatlıq yaradılması məqsədilə aylıq ödənişlər “Nar” nömrəsinin balansından avtomatik hesablanır. Kampaniya çərçivəsində təqdim olunan aylıq 2 GB internet bonusu isə 24 ay müddətində aktiv olaraq qalır.
Smartfonu əldə etmək istəyən müştərilər “Nar”ın rəsmi diler mağazalarına müraciət edə bilərlər. Kampaniya ilə bağlı ətraflı məlumat üçün “Nar” Çağrı Mərkəzinə 777 qısa nömrəsi vasitəsilə zəng etmək və ya sosial media kanalları üzərindən “Nar”a müraciət etmək mümkündür.
“Nar”ın sərfəli kampaniya və təklifləri haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 7 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları