Previous Next
Bağla

“AzInTelecom”un kibertəhlükəsizlik xidməti qlobal səviyyədə tanındı

24-08-2026 12:56
“AzInTelecom”un kibertəhlükəsizlik xidməti qlobal səviyyədə  tanındı

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC kibertəhlükəsizlik sahəsində beynəlxalq nüfuza malik "FIRST" (Forum of Incident Response and Security Teams – İnsidentlərə Qarşı Mübarizə və Təhlükəsizlik Forumu) təşkilatına üzv qəbul edilib.

Bununla da “AzInTelecom” FİRST tərəfindən Azərbaycanda nəqliyyat sektoru üzrə sahəvi Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi kimi tanınıb və “Transport CERT” komandası statusunu qazanıb. Üzvlük çərçivəsində komandanın fəaliyyəti “SIM3” modeli üzrə qiymətləndirilib və yerində baxış əsasında beynəlxalq standartlara uyğunluğu təsdiqlənib.

Bu status "AzInTelecom" xarici mənşəli kiberhücumları beynəlxalq tərəfdaşlarla operativ neytrallaşdırmaq, MISP platforması üzərindən təhdid kəşfiyyatı mübadiləsi aparmaq, həmçinin təşkilatda səsvermə, işçi qruplarında təmsilçilik hüququ qazandırır.

“AzInTelecom”un “FIRST”ə üzv qəbul edilməsi şirkətin kibertəhlükəsizlik sahəsində beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini və qlobal kibertəhlükəsizlik ictimaiyyətinin etibarlı tərəfdaşı kimi tanındığını təsdiqləyir. Eyni zamanda şirkətin
"Google", "Amazon", "Microsoft", "Apple", "Cisco" və "CrowdStrike" kimi dünya
nəhəngləri ilə eyni qlobal müstəvidə təmsil olunmasını təmin edir, nəqliyyat sektorunda kiberdayanıqlılığın gücləndirilməsinə və institusional imkanların inkişafına töhfə verir.

Qeyd edək ki, “AzInTelecom” fəaliyyətini Azərbaycan Respublikasının 2023–2027-ci illər üzrə İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Strategiyasına uyğun olaraq inkişaf etdirir, texnoloji imkanlarını davamlı şəkildə gücləndirir. Şirkət kibertəhlükəsizlik sahəsində potensialını və beynəlxalq tərəfdaşlıqlarını genişləndirməklə ölkənin rəqəmsal təhlükəsizliyinin daha da gücləndirilməsinə töhfə verməyə davam edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azercell-in kibertəhlükəsizlik sahəsində potensialı beynəlxalq səviyyədə tanındı

Azercell-in kibertəhlükəsizlik sahəsində potensialı beynəlxalq səviyyədə tanındı

21-07-2026
“AzInTelecom” "FIRST" təşkilatına üzv qəbul edilib

“AzInTelecom” "FIRST" təşkilatına üzv qəbul edilib

21-08-2026
“AzInTelecom” kibermüharibə yarışının qalibi olub

“AzInTelecom” kibermüharibə yarışının qalibi olub

11-10-2025
“AzInTelecom” “CIDC-2023”də “Qızıl sponsor” kimi stendlə çıxış edir

“AzInTelecom” “CIDC-2023”də “Qızıl sponsor” kimi stendlə çıxış edir

26-10-2023
Bu şirkətlər kibertəhlükəsizlik sahəsində birgə fəaliyyət göstərəcək

Bu şirkətlər kibertəhlükəsizlik sahəsində birgə fəaliyyət göstərəcək

02-05-2023
AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda

AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda

08-06-2026
IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

02-06-2026
Azərbaycan beynəlxalq kibertəhlükəsizlik təşkilatının İdarə Heyətinə namizədliyini irəli sürüb

Azərbaycan beynəlxalq kibertəhlükəsizlik təşkilatının İdarə Heyətinə namizədliyini irəli sürüb

06-07-2020
Elektron Təhlükəsizlik Mərkəzi kibertəhlükəsizlik  beynəlxalq təşkilata üzv seçilib

Elektron Təhlükəsizlik Mərkəzi kibertəhlükəsizlik beynəlxalq təşkilata üzv seçilib

06-04-2015
Azərbaycan Kredit Bürosu “AzInTelecom” MMC-nin Kibertəhlükəsizlik xidmətindən faydalandı   

Azərbaycan Kredit Bürosu “AzInTelecom” MMC-nin Kibertəhlükəsizlik xidmətindən faydalandı  

22-09-2022
Mingəçevir Dövlət Universiteti “AzInTelecom” MMC-nin xidmətlərindən yararlanacaq

Mingəçevir Dövlət Universiteti “AzInTelecom” MMC-nin xidmətlərindən yararlanacaq

07-10-2022
“AzInTelecom” “CIDC-2025” konfransında iştirak edib

“AzInTelecom” “CIDC-2025” konfransında iştirak edib

13-10-2025
“AzInTelecom” Elm və Təhsil Nazirliyinə İT audit və Kibertəhlükəsizlik üzrə konsultinq xidməti göstərib

“AzInTelecom” Elm və Təhsil Nazirliyinə İT audit və Kibertəhlükəsizlik üzrə konsultinq xidməti göstərib

31-01-2023
Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin nümayəndələri “Kibertəhlükəsizlik həftəsi”ndə iştirak edib

Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin nümayəndələri “Kibertəhlükəsizlik həftəsi”ndə iştirak edib

17-10-2023
“AzInTelecom” iki beynəlxalq nüfuzlu sertifikasiyadan keçib

“AzInTelecom” iki beynəlxalq nüfuzlu sertifikasiyadan keçib

07-11-2025
“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

04-06-2026
İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

02-12-2024
“AzInTelecom” informasiya təhlükəsizliyi ilə bağlı yeni xidmətlər təqdim edir

“AzInTelecom” informasiya təhlükəsizliyi ilə bağlı yeni xidmətlər təqdim edir

13-06-2022
İnternet provayderləri üçün yeni öhdəliklər müəyyən edilir

İnternet provayderləri üçün yeni öhdəliklər müəyyən edilir

24-06-2026
İnformasiya və informasiyanın mühafizəsi haqqında yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

İnformasiya və informasiyanın mühafizəsi haqqında yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

07-07-2026
Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi beynəlxalq tədbirlərdə iştirak edib

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi beynəlxalq tədbirlərdə iştirak edib

23-06-2026
XRİTDX beynəlxalq konfransda iştirak edib

XRİTDX beynəlxalq konfransda iştirak edib

30-10-2024
ETX-nin fəaliyyəti “OIC-CERT”in illik hesabatında əksini tapıb

ETX-nin fəaliyyəti “OIC-CERT”in illik hesabatında əksini tapıb

26-05-2026
“AzInTelecom” Türkiyənin “DNS Sense” şirkəti ilə əməkdaşlığa başlayıb

“AzInTelecom” Türkiyənin “DNS Sense” şirkəti ilə əməkdaşlığa başlayıb

21-07-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə