“Defamasiya haqqında qanun” layihəsi parlamentə təqdim edilib

15-10-2009 / 11:01

13 oktyabr Azərbaycan Media Mərkəzində “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev konfrans keçirdi. O, jurnalistlərə məlumat verdi ki, “Defamasiya haqqında qanun” layihəsi hazırlanaraq parlamentə təqdim edilib.

“18 maddə, 3 fəsildən ibarət qanunda böhtan və təhqirə görə cinayət məsuliyyəti nəzərdə tutulan maddələrin ləğv olunması nəzərdə tutulub. Layihə 6 təşkilat - Demokratik Jurnalistlər Liqası,  Azərbaycan Jurnalistlər Birliyi, Jurnalist və İnkişaf Mərkəzi, N. Nəcəfov fondu, Azərbaycan Media Mərkəzi və “Yeni Nəsil” jurnalistlər birliyi tərəfindən hazırlanıb” – deyə Arif Əliyev qeyd etdi.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.