Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) “Könüllü DOST” proqramının “DigiDOST” altproqramına qeydiyyat başlayıb.
Xeberler.az məlumat verir ki, indiyədək müxtəlif sosial sahələrdə fəaliyyət göstərən “Könüllü DOST” proqramı bu dəfə gəncləri texnologiya və rəqəmsal bacarıqlar sahəsində inkişaf etməyə dəvət edir.
“DigiDOST” gənclərə rəqəmsal alətlər, texnologiya və onlayn platformalardan daha səmərəli istifadə etmək, proseslərin təkmilləşdirilməsi, məlumat bazalarının formalaşdırılmasını öyrənmək imkanı tanıyacaq .
Proqramın iştirakçıları DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin fəaliyyət sahələrində uyğun sorğuların cavablandırılması, məlumat bazaları ilə iş, proseslərin təkmilləşdirilməsi, rəqəmsal savadlılığın artırılması və s. istiqamətlərdə fəaliyyət göstərəcəklər.
Proqramda iştirak etmək istəyən şəxslər bu linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, hazırda “Könüllü DOST” proqramı çərçivəsində 7 altproqram (“Gənc DOST”, “Gümüşü DOST”, “Korporativ DOST”, “İnklüziv DOST”, “Distant DOST”, “DigiDOST”, “TeleDOST”) icra edilməkdədir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri