Previous Next
Bağla

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

20-08-2025 16:41
DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

"DOST infrastrukturunun genişləndirilməsi işləri davam etdirilir və ölkəmizin hər bir bölgəsinin DOST xidmətləri ilə əhatə olunması təmin ediləcək".

Xeberler.az məlumat verir ki, bunu DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclasında Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib.

O, Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılan DOST Agentliyinin artıq 7 DOST mərkəzi, 1 DOST filialı və 1 “Smart DOST” məntəqəsinin fəaliyyət göstərdiyini qeyd edib.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sayəsində dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, müasir və çevik, tam şəffaf mexanizmlər üzərindən, innovativ əsasda təqdim edildiyi vurğulanıb. Bildirilib ki, ötən dövrdə DOST xidmətlərinə 3,8 milyona yaxın vətəndaş müraciəti olub və bu xidmətlərdən vətəndaş məmnunluğu 98,6 faiz təşkil edib.

DOST konsepsiyasının 60-dan çox beynəlxalq mükafat və sertifikatla təltif olunduğu, onlardan 12-nin “Avropa üçün yaxşı təcrübə mükafatı” olduğu diqqətə çatdırılıb. Dünyada Azərbaycanın yeni brendi kimi tanınan DOST təcrübəsini tətbiq etməyə maraq göstərən ölkələrin sayının artmaqda olduğu qeyd edilib.

İclasda bölgələrdə DOST mərkəzləri və filiallarının açılması istiqamətində görülən işlərdən bəhs olunub. DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov qurumun fəaliyyətinə dair hesabatla çıxış edib. Həmçinin DOST mərkəzlərinin fəaliyyəti, strateji məqsədlər və prioritetləri müzakirə olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

29-12-2024

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

03-10-2024

DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

18-04-2025

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

30-10-2025

DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

20-02-2026

Rusiya nümayəndə heyəti 5 saylı Bakı DOST Mərkəzində olub

20-08-2024

DOST Agentliyinin fəaliyyətinə dair infosessiya keçirilib

14-03-2025

DOST Agentliyinin Rəqəmsal İnnovasiyalar Mərkəzi yaradılacaq

17-12-2021

Niger dövlət başçısının xüsusi müşaviri Kemi Seba 1 saylı Bakı DOST Mərkəzində olub

05-10-2024

9 ayda DOST mərkəzlərində 658 min vətəndaşa xidmət göstərilib

16-10-2025

DOST mərkəzlərində 213 min vətəndaşa xidmət göstərilib

14-04-2025

DOST mərkəzlərində 300 min vətəndaşa xidmət göstərilib

15-05-2025

On ayda DOST mərkəzlərində 739 min vətəndaşa xidmət göstərilib

17-11-2025

Ötən il DOST mərkəzlərində 887 min vətəndaşa xidmət göstərilib

24-01-2026

Ötən ay DOST mərkəzlərində 86 min vətəndaşa xidmət göstərilib

16-02-2026

TDT ölkələrinin nazirləri DOST Mərkəzində olublar

05-12-2025

DOST Agentliyi və ilk DOST mərkəzinin açılışından 6 il ötür

09-05-2025

DOST Agentliyində ictimai dinləmə və müzakirə keçirilib

01-06-2023

DOST mərkəzlərinə 3 milyonuncu müraciət Zəngilanda qeydə alınıb

26-09-2024

DOST mərkəzi 1 milyonuncu vətəndaşa xidmət göstərdi  

21-07-2022

Ötən il DOST mərkəzlərində 922 min vətəndaşa xidmət göstərilib

14-01-2025

Ötən ay DOST mərkəzlərində 84 min vətəndaşa xidmət göstərilib

20-02-2025

Yanvar-avqust aylarında DOST mərkəzlərində 506 min vətəndaşa xidmət göstərilib

17-09-2024

DOST Agentliyində Skype vasitəsi ilə onlayn iclas keçirilib

09-06-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə