Previous Next
Bağla

DOST Agentliyinin Rəqəmsal İnnovasiyalar Mərkəzi yaradılacaq

17-12-2021 17:29
DOST Agentliyinin Rəqəmsal İnnovasiyalar Mərkəzi yaradılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası olub.

Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılan DOST Agentliyi və DOST mərkəzlərinin fəaliyyətini qeyd edib. O, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının dövlət sosial xidmətlərinə gətirdiyi innovativ yenilikləri, bu xidmətlərin "bir pəncərə"dən, tam şəffaf və operativ təqdim edilməsinə şərait yaratdığını bildirib.

S.Babayev 2019-ci ilin may ayından 5 DOST mərkəzinin yaradıldığını, ötən dövrdə həmin mərkəzlərdə 650 minə yaxın vətəndaşa xidmət göstərildiyini deyib. Əmək, məşğulluq, sosial təminat, sosial xidmət, əlillik, reabilitasiya, övladlığagötürmə və s. sahələrdə e-texnologiyaların tətbiq olunduğu bildirilib. Nazirlik üzrə 170 xidmətdən 105-nin e-platforma üzərindən, o cümlədən 44 xidmətin proaktiv qaydada göstərildiyi vurğulanıb.

DOST xidmətlərinin elektronlaşdırılması tədbirləri də diqqətə çatdırılıb. Vurğulanıb ki, bu sahədə işlərin operativ və sürətli şəkildə aparılması, genişləndirilməsi, rəqəmsal həllərin artırılması üçün DOST Agentliyinin Rəqəmsal İnnovasiyalar Mərkəzinin yaradılması nəzərdə tutulub.

Rəqəmsal İnnovasiyalar Mərkəzi eyni zamanda, Nazirlik və onun tabeliyindəki qurumlararası məlumat mübadiləsi üzrə vahid idarəetmə mexanizminin qurulmasında, mövcud e-sistemlərin dəstəklənməsində və yeni e-sistemlərin yaradılmasında mühüm rol oynayacaq və informasiya təhlükəsizliyinin təmin olunmasında da imkanların genişlənməsinə şərait yaradacaq.

İclasda Rəqəmsal İnnovasiyalar Mərkəzi yaradılması, DOST Agentliyinin aparatının, “DOST” mərkəzlərinin və digər bölmələrinin strukturu ilə bağlı məsələlər müzakirə olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

29-12-2024

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

03-10-2024

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

20-08-2025

DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

18-04-2025

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

30-10-2025

Rusiya nümayəndə heyəti 5 saylı Bakı DOST Mərkəzində olub

20-08-2024

DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

20-02-2026

DOST Agentliyinin fəaliyyətinə dair infosessiya keçirilib

14-03-2025

DOST mərkəzi 1 milyonuncu vətəndaşa xidmət göstərdi  

21-07-2022

TDT ölkələrinin nazirləri DOST Mərkəzində olublar

05-12-2025

Bakutel sərgisində DOST Mərkəzi xidmət göstərir

03-12-2019

Ötən ay DOST mərkəzlərində 86 min vətəndaşa xidmət göstərilib

16-02-2026

9 ayda DOST mərkəzlərində 658 min vətəndaşa xidmət göstərilib

16-10-2025

On ayda DOST mərkəzlərində 739 min vətəndaşa xidmət göstərilib

17-11-2025

DOST mərkəzlərində 300 min vətəndaşa xidmət göstərilib

15-05-2025

Ötən ay DOST mərkəzlərində 84 min vətəndaşa xidmət göstərilib

20-02-2025

Niger dövlət başçısının xüsusi müşaviri Kemi Seba 1 saylı Bakı DOST Mərkəzində olub

05-10-2024

Yanvar-avqust aylarında DOST mərkəzlərində 506 min vətəndaşa xidmət göstərilib

17-09-2024

Ötən il DOST mərkəzlərində 887 min vətəndaşa xidmət göstərilib

24-01-2026

Bu il Laçın və Füzulidə “Smart DOST” məntəqələri yaradılacaq

05-09-2024

Zəngilanda ilk “Smart DOST” məntəqəsi istifadəyə verildi

27-05-2022

DOST mərkəzlərində 213 min vətəndaşa xidmət göstərilib

14-04-2025

DOST Agentliyində Skype vasitəsi ilə onlayn iclas keçirilib

09-06-2020

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin yaradılmasından 1 il ötür

17-12-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə