Previous Next
Bağla

Dövlət Xidməti vətəndaşlara saxta saytlarla bağlı xəbərdarlıq edib

14-01-2026 17:07
Dövlət Xidməti vətəndaşlara saxta saytlarla bağlı xəbərdarlıq edib

Son günlərdə fişinq xarakterli müxtəlif saxta domenlər yaradılaraq sosial şəbəkələr və ani mesajlaşma tətbiqləri vasitəsilə əhali arasında dövlət tərəfindən ünvanlı sosial yardımların verilməsi ilə bağlı dezinformasiya yayılmaqdadır. Xüsusilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi PHŞ-ə məxsus “myGov” portalının adından istifadə olunmaqla saxtalaşdırılmış saytlar yaradılaraq vətəndaşların fərdi məlumatlarının ələ keçirilməsi hədəflənir.

Xeberler.az Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən bildirir ki, sözügedən saxta saytlar vasitəsilə kimlik məlumatlarının, istifadəçi hesablarının və bank kartları kimi mühüm məlumatların ələ keçirilməsinə cəhd edilir.

“Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi tərəfindən bu kimi saxta domenlərin bir neçəsi müəyyənləşdirilərək müvafiq qurumlarla birgə ölkə üzrə bloklanması təmin edilib. Eyni zamanda, həmin saxta domenlər Mərkəzin “Blacklist.gov.az” platforması vasitəsilə də ictimaiyyətə təqdim olunub. Vətəndaşlara saxta domenlər aşkar etdikdə bu barədə məlumatı “Blacklist.gov.az” - vətəndaşların saxta domenlərdən qorunması platformasına əlavə etmələri, saxta saytlardan qorunmaq məqsədilə öz brauzerlərində platformanın müvafiq genişlənməsindən istifadə etmələri, eləcə də şübhəli sayt və keçidlərə qarşı diqqətli olmalarını tövsiyə edirik”, - deyə qurumun yaydığı məlumatda bildirilir.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda 548 sayt təhlükəsizlik səbəbindən bloklanıb

15-01-2026

Dələduzlar "Azərpoçt"un adından saxta saytlar hazırlayıb

09-01-2023

ETX: “Azərpoçt”un adından saxta mesajlar göndərilir

20-05-2025

Azərbaycanda dövlət domen adlarına bənzədilmiş saxta domenlərin sayı açıqlandı

23-09-2023

ETX: “Telegram”da vətəndaşlara saxta iş təklifləri göndərilir

05-12-2025

“ASAN ödəniş” sistemi adından saxta veb-səhifə yaradılıb - Xəbərdarlıq

10-06-2023

ETX: Heydər Əliyev Aeroportunun adından saxta kampaniyalar keçirilir

14-01-2025

Azərbaycan internet məkanında daha bir onlayn dələduzluq faktı aşkarlanıb

02-01-2021

Azərbaycanın dövlət qurumlarını təqlid edən saxta domenlər aşkarlanıb

01-04-2023

Dövlət Xidməti məlumat sızması ilə bağlı xəbərdarlıq edib

23-06-2025

Dövlət Xidməti: “COP29” ilə bağlı saxta səhifələrin sayı artıb

26-08-2024

"Azərenerji"nin adından saxta sayt yaradılıb

26-01-2023

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edir

05-07-2023

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib

28-03-2023

ETX: “TikTok”da “Bakcell” adından dələduzluq həyata keçirilir

04-02-2025

ETX: “Youtube”da fişinq hücumlarının sayı artır

17-01-2025

İRİA: “mygov” adından saxta elanlar yayılır

15-01-2026

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib

22-06-2023

Kiberdələduzlar tərəfindən “milliodeme.net” saxta ödəniş portalı yaradılıb – Xəbərdarlıq

25-10-2023

“SOCAR”-ın adından istifadə edilərək vətəndaşlar aldadılır

08-11-2024

XRİTDX: 6 mindən artıq istifadəçi hakerlərin qurbanına çevrilib

14-07-2025

“Azərpoçt” adından əhaliyə saxta məktublar göndərilir

17-02-2022

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib

27-01-2025

Elektron Təhlükəsizlik Mərkəzi xəbərdarlıq edib

11-04-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə