Previous Next
Bağla

Dünya azərbaycanlıları Həmrəylik Gününü qeyd edir

31-12-2015 10:33
Dünya azərbaycanlıları Həmrəylik Gününü qeyd edir

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

Xeberler.az-ın məlumatına görə, bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib.

Azərbaycanlıların yaşadıqları, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropa ölkələrində bu tendensiya özünü yüksək səviyyədə göstərir. Bu da ondan irəli gəlir ki, Avropadakı Azərbaycan diaspor təşkilatları öz qüvvələrini səfərbər etməkdə ardıcıldırlar və bu, ayrı-ayrı cəmiyyət üzvləri üçün bir araya gəlmək, cəmiyyət və qurumlar halında birləşmək baxımından dünyanın sivil nöqtələrindən biri olan Avropada mühüm əhəmiyyət kəsb edir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bir bayram kimi dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Bu gün Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib, Yeni İl isə ikinci plana keçib.

 Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyulub. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdılıb. Bu vaxt İstanbulda türkdilli xalqların konfransı keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verib. 1991-ci ilin 16 dekabrında Azərbaycan xalqınının ümummilli lideri, o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayram edilir. Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər.

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Dünya azərbaycanlıları Həmrəylik Gününü qeyd edir

Dünya azərbaycanlıları Həmrəylik Gününü qeyd edir

31-12-2016
Dünya azərbaycanlıları Həmrəylik Gününü qeyd edir

Dünya azərbaycanlıları Həmrəylik Gününü qeyd edir

31-12-2017
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

31-12-2021
31 dekabr Dünya azərbaycanlılarının Həmrəylik Günüdür

31 dekabr Dünya azərbaycanlılarının Həmrəylik Günüdür

31-12-2024
31 dekabr Dünya azərbaycanlılarının Həmrəylik Günüdür

31 dekabr Dünya azərbaycanlılarının Həmrəylik Günüdür

31-12-2025
“NEQSOL Holding” Həmrəylik Günü münasibətilə “YAŞAT” Fonduna ianə edib

“NEQSOL Holding” Həmrəylik Günü münasibətilə “YAŞAT” Fonduna ianə edib

30-12-2021
Dekabr Ayı Dünya Azərbaycanlılarının Virtual Həmrəylik Ayıdır!

Dekabr Ayı Dünya Azərbaycanlılarının Virtual Həmrəylik Ayıdır!

02-12-2010
Bakı  2016-cı ili atəşfəşanlıqla qarşıladı-Fotolar

Bakı 2016-cı ili atəşfəşanlıqla qarşıladı-Fotolar

01-01-2016
“ASAN xidmət” və “ASAN kommunal”ın bayram günlərində iş qrafiki açıqlanıb

“ASAN xidmət” və “ASAN kommunal”ın bayram günlərində iş qrafiki açıqlanıb

28-12-2024
Nazirlik bayram günlərində şəbəkələrin fasiləsiz işini təmin edəcək

Nazirlik bayram günlərində şəbəkələrin fasiləsiz işini təmin edəcək

28-12-2015
Dünya azərbaycanlılarının  virtual sosial şəbəkəsi yaradılacaq

Dünya azərbaycanlılarının virtual sosial şəbəkəsi yaradılacaq

16-06-2016
RİNN bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

RİNN bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

29-12-2025
RİNN bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

RİNN bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

30-12-2021
RİNN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

RİNN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

29-12-2024
RİNN bayram günlərində gücləndirilmiş rejimdə işləyir

RİNN bayram günlərində gücləndirilmiş rejimdə işləyir

02-01-2023
Nar mətbuat nümayəndələrini bir araya topladı

Nar mətbuat nümayəndələrini bir araya topladı

17-12-2018
NRYTN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

NRYTN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

30-12-2020
ABB-nin komandası dövlət qurumları və şirkətlər  arasında birinci oldu!

ABB-nin komandası dövlət qurumları və şirkətlər arasında birinci oldu!

24-12-2024
Rabitəçilər məcburi köçkün ailələrinə bayram sovqatı aparıb

Rabitəçilər məcburi köçkün ailələrinə bayram sovqatı aparıb

29-12-2015
ASAN xidmət və ASAN Kommunal mərkəzlərində 3 gün qeyri-iş günü olacaq

ASAN xidmət və ASAN Kommunal mərkəzlərində 3 gün qeyri-iş günü olacaq

28-12-2018
“Bakutel-2013” sərgisi çərçivəsində dünya azərbaycanlılarının I Virtual konfransı keçiriləcək

“Bakutel-2013” sərgisi çərçivəsində dünya azərbaycanlılarının I Virtual konfransı keçiriləcək

28-11-2013
 Dünya azərbaycanlı iş adamları Bakıda toplanacaq

Dünya azərbaycanlı iş adamları Bakıda toplanacaq

30-09-2016
Şəhid övladları ziyarət olunub

Şəhid övladları ziyarət olunub

29-12-2021
Nazirlik telekommunikasiya operatorlarına tapşırıq verdi

Nazirlik telekommunikasiya operatorlarına tapşırıq verdi

27-12-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə