Previous Next
Bağla

Dünya azərbaycanlılarının virtual sosial şəbəkəsi yaradılacaq

16-06-2016 11:49
Dünya azərbaycanlılarının  virtual sosial şəbəkəsi yaradılacaq

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun İdarə Heyəti Bakıda keçirilən Dünya Azərbaycanlılarının 4-cü qurultayından sonra diaspor hərəkatının inkişafına töhfə verəcək yeni qurumun yaradıldığını elan edib.

Xeberler.az-ın məlumatına görə, mərkəzi ofisi Kiyev şəhərində yerləşəcək Dünya Azərbaycanlılarının Beynəlxalq Koordinasiya Mərkəzi (DABKM) adlanan yeni qurum artıq Ukrayna Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Layihənin ideya müəllifi və rəhbəri Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadovdur.

Koordinasiya Mərkəzi tam şəkildə fəaliyyətə başlayandan sonra Hikmət Cavadovun UABD rəhbərliyindən istefa verəcəyi gözlənilir.

Koordinasiya Mərkəzi dünyanın bir çox ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları ilə birgə fəaliyyət barədə razılıq əldə edib. Koordinasiya Mərkəzinin yaydığı açıqlamada bildirilir ki, artıq bir çox təşkilatlar əməkdaşlığa razılıq verib: "Azərbaycan prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Bakıda keçirilən sonuncu qurultayında səsləndirdiyi "mən çox istəyirəm ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları bir nöqtəyə vursunlar, birləşsinlər. Belə olan halda onların gücü də, ictimaiyyət tərəfindən onlara qarşı hörmət də artacaq” – kimi dəyərli fikirlərindən qaynaqlanan bu ideya ətrafında dünyanın bir çox diaspor təşkilatlarının birləşəcəyinə ümid edirik. Cənab Prezidentin qeyd etdiyi kimi, birlik əsas məsələdir. Dünya Azərbaycanlılarının Beynəlxalq Koordinasiya Mərkəzi bu birliyə nail olmaqla qurultayda səslənən digər problemlərin də qısa zaman ərzində həllinə nail olmaq əzmindədir. Təbii ki, yenə də Prezident İlham Əliyevin söylədiyi kimi:  "...Birlik hesabına. Əgər, diaspor təşkilatları arasında vahid koordinasiya və qarşılıqlı dəstək, anlaşma varsa, deməli, bu məqsədə çatmaq üçün daha da asan yollar müəyyən ediləcək”.

Koordinasiya Mərkəzi ilk növbədə "informasiyanı və informasiyadan qorunmaq” prinsipini əsas götürərək bir alət kimi mövcud olan informasiya müharibəsində Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmağa çalışacaq, ictimai fikri ölkəmizin xeyrinə dəyişməyə nail olacaq: "Düşünürük ki, hazırda bizim buna kadr və texniki potensialımız var. Sadəcə dünyada yaşayan azərbaycanlılardan ibarət çevik qüvvələri daha operativ koordinasiya etməklə məqsədimizə qısa zaman kəsiyində nail ola bilərik.”

Mərkəz bu istiqamətdə əsas fəaliyyətini Azərbaycan prezidentinin səsləndirdiyi narahatlıqların aradan qaldırılmasına yönəldəcək:  "Xarici media qurumları ilə işimizi gücləndirməyə çalışacaq, hazırda çox məhdud olan xarici mediaya çıxış imkanlarını genişləndirəcəyik.  Eyni zamanda Dünya Azərbaycanlılarını birləşdirəcək virtual sosial şəbəkə yaradılacaq. Artıq bu istiqamətdə də işə başlanılıb. Həmçinin informasiya müharibəsində qalib gəlmək üçün yeni layihə üzərində iş gedir. Bu layihəyə Azərbaycanın KİV nümayəndələri də cəlb olunacaq”.( Azadinform)

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dünya azərbaycanlıları Həmrəylik Gününü qeyd edir

31-12-2015

Dünya azərbaycanlıları Həmrəylik Gününü qeyd edir

31-12-2016

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

31-12-2021

Dünya azərbaycanlıları Həmrəylik Gününü qeyd edir

31-12-2017

Dünya azərbaycanlı iş adamları Bakıda toplanacaq

30-09-2016

31 dekabr Dünya azərbaycanlılarının Həmrəylik Günüdür

31-12-2024

31 dekabr Dünya azərbaycanlılarının Həmrəylik Günüdür

31-12-2025

Azərbaycanda yeni diaspor saytı fəaliyyətə başladı

21-01-2019

Dekabr Ayı Dünya Azərbaycanlılarının Virtual Həmrəylik Ayıdır!

02-12-2010

Nazir Rəşad Nəbiyev Birləşmiş Krallıqda bir sıra görüşlər keçirib

05-03-2026

ABŞ-da yaşayan azərbaycanlılar sosial şəbəkə yaradıblar

09-01-2009

ABŞ-da ilk dəfə Azərbaycan kredit kartı dövriyyəyə buraxılıb

03-02-2009

Azərbaycanda internet televiziyasının təqdimat mərasimi keçirilib

00-00-0000

Azercell Diaspor Gənclərinin I Yay düşərgəsində iştirak etdi

28-08-2018

ASAN xidmət və ASAN Kommunal mərkəzlərində 3 gün qeyri-iş günü olacaq

28-12-2018

“Bakutel-2013” sərgisi çərçivəsində dünya azərbaycanlılarının I Virtual konfransı keçiriləcək

28-11-2013

Azərbaycanda internet televiziyasının təqdimat mərasimi keçirilib

04-08-2010

Mərkəzi Bank rəqəmsallaşmanı daha da artırmağa çalışır

04-09-2025

Azərbaycan dilində süni intellekt platformasının yaradılması ilə bağlı layihələrin icrasına başlanılıb

26-01-2024

4SİM Pekində keçirilən beynəlxalq forumda təmsil olunub

21-07-2025

“Dördüncü sənaye inqilabında trendlər” mövzusunda tədbir keçirilib

23-02-2022

Əlavə saniyə dünya İnternet şəbəkəsinə necə təsir göstərib?

03-07-2015

Azərbaycan Ticarət Forumunun elektron platforması fəaliyyət göstərəcək

07-10-2024

Azərbaycan iqtisadiyyatında rəqəmsallaşmanın tətbiqi sürətləndiriləcək.

05-12-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə