Previous Next
Bağla

Ekspert: Xankəndi hava limanına kim nəzarət edəcək ?

26-11-2020 12:29
Ekspert: Xankəndi hava limanına kim nəzarət edəcək ?
Xeberler.az-ın məlumatına görə, "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti bildirib ki, Azərbaycanın daha altı hava limanının, o cümlədən Xankəndi aeroportunun beynəlxalq məkan indeksləri kataloquna daxil edilməsi təsdiqlənib.
Bu hava limanı Xocalı aeroportudur.
 
Bu haqda Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz açıqlama verib:
 
"Bir neçə il öncə ermənilər Xocalı hava limanını yenidən quraraq onu yenidən Xankəndi hava limanı ediblər.
 
Uzun müddət olardı ki, Azərbaycan hökuməti beynəlxalq qurumlara, Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Mülki Aviasiya üzrə Avropa Konfransına təsirlər edərək separatçıların bu aeroportdan istifadəsinə imkan vermirdi.
 
Hətta uçuşlar olarsa təyyarələrin vurulacağı bildirilmişdi. Ona görə də bu hava limanı uzun müddət separatçıların üzünə bağlı qalmışdı. Lakin açıqlamadan görsənir ki, Xankəndi hava limanına artıq beynəlxalq aeroport statusu veriləcək və fəaliyyətə başlayacaq. Çox düşündürücü və hələlik anlaşılmaz ola biləcək bir məlumatdır".
 
Xankəndi hava limanı kimin nəzarətində olacaq? Burada viza məsələlərinə, giriş-çıxışa, gömrük rəsmiləşdirmələrinə kim nəzarət edəcək?
 
Osman Gündüz bildirib ki, Qarabağda separatçılıq yeni başlayanda, 90-cı illərin əvvəllərində də bu hava limanına nəzaərt üstündə xeyli mübarizə getmişdi.
O zaman bir müddət bu aeroport rusların nəzarətində olmuşdu və ermənilər təyyarələrlə xeyli silah gətirə bilmişdilər. Bu səbəbdən də o zaman nəzarət bir müddət OMON -a verilmişdi.
 
İndi necə olacaq?
 
Xankəndi –İrəvan, Xankəndi- Moskva, Xankəndi -Paris və s. beynəlxlaq reysləri açılacaqmı?
 
"Bu hava limanı bütün Miatsum sevərlərin üzünə açılacaqsa çox ciddi problemlər yaranacaq. Əgər hava limanına yalnız rusiyalı sülhməramlılar nəzarət edəcəksə, yalnız separatçıalrın istifadəsində beynəlxalq uçuşlar olacaqsa, düşünürəm ki, bu ağlasığmaz nəticələrə gətirib çıxaracaq.
 
Fikrimcə, yalnız Azərbaycanın nəzarətində olmaqla, ən pis halda keçid dövrü üçün Türkiyə-Rusiya nəzarəti çərçicvəsində Xankəndi hava limanının fəaliyyətinə imkan vermək olar.
 
Uzun illərdir ki, bu aeroportun istifadəsi üçün ermənilər min cür yollara əl atıblar.
Lakin on illərdi ki, buna nail ola bilməyiblər. İndiyədək heç bir uçuş reallaşdıra bilməyiblər.
 
Yeri gəlmişkən, qeyd etmək yerinə düşər ki, indiyədək bu hava limanını separatçıların üzünə bağlı saxlamaq Azərbaycan hökumətinin böyük uğuru hesab oluna bilər.
 
Ümid edirəm və inanıram ki, bundan sonra da bu hava limanından separatçıların müstəqil istifadəsinə imkan verilməyəcək".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Brüssel hava limanına kiberhücum edilib

20-09-2025

İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olub

27-06-2022

Google hava limanını kirayəyə götürüb

11-11-2014

Günəş enerjisi ilə işləyən hava limanı açılıb

21-08-2015

İran hava məkanını açıb

24-06-2025

Türk Hava Yolları Bakıdan İstanbulun yeni aeroportuna uçuşlara başlayır

19-10-2018

Hava Limanı ekspress avtobuslarında Wi-Fi xidməti istifadəyə verilib

21-01-2025

Tokio hava limanında ən böyük günəş paneli quraşdırılacaq

13-03-2023

Türkiyə üzərindən uçan təyyarələrdə mobil telefondan istifadə mümkün olacaq

25-07-2015

Bərdə-Xankəndi müntəzəm avtobus reysi fəaliyyətə başlayacaq

13-09-2024

Aviasiya məsələləri üzrə beynəlxalq forum keçirilir

24-11-2015

Aeronaviqasiya qurumlarının rəhbərlərinin ilk sammiti keçirilir.

24-01-2024

Ekspert: Hava limanında “Bakı Taksi Xidməti”nin hökmranlığı prosesi başa çatıb

18-09-2025

Hava limanlarında sifətin tanınması texnologiyası tətbiq ediləcək

06-06-2017

Aeroportda sərnişinlərə planşetlər paylanacaq

01-03-2013

AZAL Galaxy Note 7 smartfonlarının daşınmasını tam qadağan etdi

21-10-2016

Mülki aviareyslərin peyklərlə izlənməsinə dair saziş qəbul edilib

12-11-2015

Yaponiya Hava Yolları şirkəti kütləvi kiberhücuma məruz qalıb

26-12-2024

Meteoroloji səhvlər Wi-Fi şəbəkələrinə görə baş verir

29-10-2015

Hava limanında yalnız Bakı Taksi Xidməti fəaliyyət göstərir

28-02-2019

Yeni Pekin aeroportunun tikintisinə başlanıb

23-11-2015

Kiyevə son həftədə edilən dron hücumlarının nəticələri açıqlanıb

28-03-2023

Türk Hava Yollar yeni Airbus təyyarələri alır

14-03-2018

Bakcell şəbəkəsinin Qarabağda genişlənməsi üçün 23 milyon manat investisiya qoyulacaq

04-03-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə