Previous Next
Bağla

Mülki aviareyslərin peyklərlə izlənməsinə dair saziş qəbul edilib

12-11-2015 15:50
Mülki aviareyslərin peyklərlə izlənməsinə dair saziş qəbul edilib

Hazırda Cenevrədə işini davam etdirən Ümumdünya Radiorabitə Konfransında mülki aviasiya reyslərinin izlənməsi üçün radiotezlik spektrinin paylanmasına dair saziş qəbul edilib.

Xeberler.az BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, bundan sonra hava gəmilərindən göndərilən səs siqnalları həm yaxınlıqdakı yerüstü stansiyalara, həm də peyklərə daxil olacaq.

Sazişə əsasən 1087.7–1092.3 meqahers tezliklər zolağının “hava gəmilərinin məlumat ötürmə qurğularından daxil olan siqnalların kosmik stansiyalara tərəfindən avtomatik müşahidə rejimində qəbul edilmək üçün mütəhərrik hava peyk xidmətinə (Yer–Kosmos) ayrılması nəzərdə tutulur. Hazırda 1087.7–1092.3 meqahers tezlik zolağı hava gəmilərindən alınan siqnalların birbaşa görünüş hüdudunda yerüstü stansiyalara ötürülməsi üçün istifadə edilir.

Sazişdə qeyd edilir ki, Ümumdünya Konfransının iştirakçıları bu tezliklər zolağını siqnalların hava gəmilərindən Yer–Kosmos istiqamətində peyklərə ötürülməsi imkanını təmin etmək üçün bölüşdürüblər. Bu, Yer kürəsinin istənilən nöqtəsində, o cümlədən okeanlarda, qütblərdə və digər ucqar rayonlarda hava gəmilərinin siqnallarını qəbul etməyə imkan verəcək.

Keçən il mart ayında Kuala-Lumpurdan Pekinə uçan, Malayziya hava xətləri şirkətinə məxsus təyyarə itib. Bu hadisədən sonra ekspertlər mülki aviasiya daşımalarının təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş səylər çərçivəsində yeni saziş üzərində işə başlayıblar. İçərisində 239 nəfər olan həmin təyyarənin yerini hələ də müəyyən etmək mümkün olmayıb.

Bu hava gəmisinin axtarışı ilə bağlı çətinliklər kommersiya aviasiya gəmilərinin uçuş müddətində eyniləşdirilməsi və izlənməsi imkanlarını yaxşılaşdırmağın zəruri olmasına dəlalət edir. Yeni saziş yalnız “qara qutu”dan asılılığa son qoymağa və hava gəmisinin uçuşuna dair məlumatları real vaxt rejimində yerdə əldə etməyə imkan verəcək.

 

Xeberler.az 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Aviasiya məsələləri üzrə beynəlxalq forum keçirilir

24-11-2015

Azərbaycan və Çin Mülki Aviasiya qurumlarının nümayəndələri görüşüb

11-07-2025

İran hava məkanını açıb

24-06-2025

Azərbaycan və Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir

24-08-2023

Azərbaycanda dronlardan istifadə qaydaları təsdiqləndi

13-09-2017

Brüssel hava limanına kiberhücum edilib

20-09-2025

Airbus hava gəmisi üçün patent hüququ alıb

19-10-2015

Google hava limanını kirayəyə götürüb

11-11-2014

Azərbaycan və Qırğızıstan mülki aviasiyada əməkdaşlığı müzakirə edib

02-03-2023

Tokio hava limanında ən böyük günəş paneli quraşdırılacaq

13-03-2023

Yanacağa qənaət edən yeni uçuşları idarəetmə sistemi istifadəyə verilib

01-05-2015

Aeronaviqasiya qurumlarının rəhbərlərinin ilk sammiti keçirilir.

24-01-2024

Türk Hava Yollar yeni Airbus təyyarələri alır

14-03-2018

İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olub

27-06-2022

Ucqar ərazilər yüksəksürətli internetlə təmin ediləcək

29-10-2015

Yaponiyanın ilk reaktiv sərnişin təyyarəsi sınaq uçuşu edib

11-11-2015

AZAL “Boeing”dən 8 ədəd “787-8 Dreamliner” təyyarəsi alır

28-04-2023

Türk Hava Yolları Bakıdan İstanbulun yeni aeroportuna uçuşlara başlayır

19-10-2018

Bakıda keçirilən Ümumdünya Aeronaviqasiya Sammitində ekoloji dayanıqlılıq diqqət mərkəzindədir

12-06-2024

Aeroportda dronların hərəkətinin idarə edilməsi mərkəzi yaradılacaq

09-10-2019

Ekspert: Xankəndi hava limanına kim nəzarət edəcək ?

26-11-2020

AZAL Galaxy Note 7 smartfonlarının daşınmasını tam qadağan etdi

21-10-2016

"SpaceX" "Starship"in prototipinin 10-cu buraxılışını ləğv edib

26-08-2025

Bakı Aeroportunda yeni texnologiyalar tətbiq ediləcək

12-03-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə