Simsiz geniş zolaqlı internetin inkişafı “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramı”nın tərkib hissəsidir.
Bu haqda Azərbaycanda simsiz genişzolaqlı internet əsasında Elcell brendi altında internet-xidmətləri göstərən Datacell şirkətinin baş direktoru Ramiz Şərifov bəyan edib. “Elektron Azərbaycan” Dövlət Proqramında “milli telekommunikasiyaların inkişafı”, “dövlət təşkilatları və özünüidarə orqanlarında İKT-nin tətbiqi və elektron xidmətlərinin inkişafı” kimi istiqamətlər nəzərdə tutulub.
R. Şərifov qeyd edib ki, simsiz texnologiyalar əsasında infrastrukturun inkişafı informasiya və kommunikasiya texnologiyaları sahəsində ən müasir istiqamətdir.
Hazırkı mərhələdə biznes-konsepsiyası “hər yerdə və hər kəs üçün” nəzərdə tutulan bu proses “rəqəmsal bərabərsizliyin” aradan qaldırılması və ümummilli internet-infrastrukturun inkişafı üzrə aparılan dövlət siyasətinin tərkib hissəsi olmağa imkan verir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri