“Elektron təhsil” Respublika müsabiqəsinin qalibləri dekabr ayının sonunda elan olunacaq.
Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən Xeberler.az-a verilən məlumata görə, müsabiqəyə təqdim olunmuş 900 layihədən 207-si nominant olaraq seçilib və növbəti mərhələyə buraxılıb.
Həmin layihələr münsiflər heyəti tərəfindən onlayn qiymətləndirilib. Müəllim və şagird istiqamətləri üzrə 6 nominasiyada təşkil olunan müsabiqəyə ümumi təhsil müəssisələrinin pedaqoji heyəti, pedaqoji kadrların ixtisasartırması və yenidənhazırlanması ilə məşğul olan qurumların metodist mütəxəssisləri və məktəblilər qatılıblar.
Qeyd edək ki, “Elektron təhsil” tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimlərin fəaliyyətini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq, tədrisdə İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə stimullaşdırmaq məqsədi daşıyır.
Müsabiqə Dr.Web, AzEduNet, Ultra, Təhsildə İnnovativ Texnologiyalar, Əlavə Təhsil Mərkəzi, Edumedia Azərbaycan və Nar Mobile tərəfindən dəstəklənir.
2010-cu ildən etibarən keçirilən müsabiqəyə indiyə qədər, ümumilikdə, 5000-dən artıq layihə təqdim edilib.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri