Previous Next
Bağla

“Elektron təhsil” müsabiqəsinin qalibləri-Foto

26-12-2017 16:13
“Elektron təhsil” müsabiqəsinin qalibləri-Foto

Dekabrın 26-da Təhsil Nazirliyində “Elektron təhsil” Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Xeberler.az bildirir ki, tədbirdə təhsil naziri vəzifəsini icra edən, nazir müavini Ceyhun Bayramov, nazirliyin müvafiq struktur bölmə rəhbərləri, müsabiqənin təşkilində iştirak edən qurumların nümayəndələri, qaliblər və KİV təmsilçiləri iştirak ediblər.

Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarının, internet texnologiyalarının tədris prosesinə tətbiqini fəallaşdırmaq, təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni üsullarını öyrənmək, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.

Tədbirdə çıxış edən Ceyhun Bayramov bildirib ki, 2010-cu ildən etibarən keçirilən "Elektron təhsil" Respublika müsabiqəsində iştirak edənlərin sayı ildən-ilə artır. Son illər təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılmasının ölkəmizdə prioritet istiqamətlərdən biri olduğunu deyən Ceyhun Bayramov bu sahədə müxtəlif layihə və tədbirlərin həyata keçirildiyini, görülən işlərin müasir bilik və bacarıqlara malik yeni nəslin formalaşmasına təsir edən əsas amil olduğunu qeyd edib.

Ceyhun Bayramov həmçinin, Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmuş təhsil müəssisələrinin sayının artması, elektron tədris resurslarının mütəmadi zənginləşdirilməsi və informatika fənni üzrə yeni layihəyə başlanılması barədə məlumat verib. 

Müsabiqədə əsasən, ümumi təhsil müəssisələrinin pedaqoji heyəti, pedaqoji kadrların ixtisasartırma və yenidənhazırlanması ilə məşğul olan qurumların metodist mütəxəssisləri, şagirdlər iştirak ediblər.

3  istiqamət və 6 nominasiya üzrə təşkil olunan müsabiqədə şəffaflığın təmin edilməsi məqsədi ilə qiymətləndirmə mərhələləri onlayn təşkil edilib, qəbul edilən işlər üzrə onlayn müzakirələrə şərait yaradılıb, ekspert və münsif heyəti isə müsahibə əsasında müəyyən olunub.

Müsabiqənin I mərhələsinə təqdim edilən 703 işdən 644-ü II mərhələyə - ekspertlər tərəfindən qiymətləndirilməyə təqdim olunub və nəticədə 197 iş nominant olaraq III mərhələyə keçib. III mərhələyə keçən işlər münsiflər tərəfindən onlayn olaraq qiymətləndirilərək 26 qalib və 35 fərqlənən müəyyən edilib.

Qaliblərə diplomlar, noutbuklar, planşetlər, printerlər və digər xüsusi mükafatlar təqdim olunub.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Elektron Təhsil” müsabiqəsinin qalibləri mükafatlandırılıb

29-12-2016

“Elektron Təhsil” müsabiqəsinin qalibləri mükafatlandırıldı

29-12-2015

“Elektron təhsil” müsabiqəsinin nominantları müəyyənləşdirilib

30-11-2015

“Elektron təhsil” respublika müsabiqəsi keçiriləcək

24-08-2015

“Elektron təhsil” müsabiqəsinin qalibləri açıqlanacaq

22-12-2015

“Elektron təhsil” müsabiqəsi başa çatdı

10-11-2015

“Elektron Təhsil” müsabiqəsinin yekunları müzakirə olunub

21-12-2015

“Elektron Təhsil” Respublika müsabiqəsinin qalibləri mükafatlandırıldı

26-12-2014

“Elektron təhsil” müsabiqəsi başladı

19-09-2016

IV “Elektron təhsil” və “1 şagird: 1 kompüter” Respublika müsabiqələrinin qalibləri mükafatlandırılıb

26-08-2013

“Elektron Təhsil” Respublika müsabiqəsinə 1092 lahiyə təqdim olunub

17-05-2012

“Elektron təhsil” müsabiqəsi başladı

21-09-2015

“Elektron təhsil” start götürdü

02-04-2012

“Elektron təhsil” respublika müsabiqəsi başlayır

15-09-2016

“Elektron Təhsil” Respublika müsabiqəsinə 230 layihə təqdim olunub

08-05-2013

“Elektron Təhsil” müsabiqəsinə 46 layihə təqdim olunub

03-10-2015

2014-cü il üçün “Elektron Təhsil” müsabiqəsi başlayır

13-05-2014

“Elektron təhsil” müsabiqəsində 644 layihə mübarizə aparacaq

23-10-2017

“Elektron Təhsil” Respublika musabiqəsinə start verildi

12-04-2011

“Elektron təhsil” müsabiqəsində 197 nominant mübarizə aparır

21-11-2017

“Elektron Təhsil” müsabiqəsinə müraciət etmək istəyənlərin nəzərinə

28-10-2015

“Elektron Təhsil” Respublika müsabiqəsində iştirakçıların qeydiyyatı başa çatdı

26-05-2010

“Nar Mobile” təhsil müsabiqələrinə dəstək verməyə davam edir

28-08-2013

“Elektron Təhsil” müsabiqəsində 113 layihə mübarizəni davam etdirəcək

30-05-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə