“Evlərə optika” layihəsi gələn ildən reallaşacaq

03-12-2014 / 09:52

Azərbaycanda  “Evlərə optika” - genişzolaqlı internetin inkişafı layihəsi 2015-ci ildə start götürəcək.  Bu barədə dekabrın 1-də mətbuat konfransında Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib.

Nazir müavinin sözlərinə görə, vəsaiti Dövlət Neft Fondundan ayrılacaq layihənin üç ilə reallaşdırılması nəzərdə tutulur.

Elmir Vəlizadə deyib ki, layihənin reallaşdırılmasının birinci ilinin yekunları sonrakı illərdə görüləcək işlər üçün əsas yaradacaq: "Layihənin reallaşdırılmasının birinci ilində sərf ediləcək vəsait artıq sonrakı illərdə öz xərcini çıxaracaq. Əldə olunan vəsait yenidən təkrar investisiyalar şəklində genişzolaqlı internet infrastrukturunun genişləndirilməsinə yatırılacaq".


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə