Previous Next
Bağla

Azərbaycan sabah Regional İnnovasiya Zonasının layihəsini təqdim edəcək

23-11-2010 05:31
Azərbaycan sabah Regional İnnovasiya Zonasının layihəsini təqdim edəcək

Noyabrın 23-də Bakıda işə başlayacaq «BakuTel-2010» sərgisində Azərbaycanda Regional İnnovasiya Zonasının (RİZ) yaradılması ilə bağlı layihənin təqdimatı keçiriləcək.

Bu barədə Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə məlumat verib. Onun sözlərinə görə, artıq zonanın yaradılması ilə bağlı müvafiq sənədlər hazırlanaraq ölkə hökumətinə təqdim edilib: «Gözləyirik ki, onlar təsdiqləndikdən sonra proses başlaya bilər».

Qeyd edək ki, informasiya-telekommunikasiya texnologiyaları sahəsinin inkişafı və analoji zonaların yaradılması ilə bağlı regionun digər ölkələrində də işlər aparılır. Amma nazir müavini bu işlərlə müqayisədə Azərbaycanın vaxt itirmədiyini deyib: «Artıq sənədlər hazırdır və baxılmaq üzrədir, bu da onu göstərir ki, Azərbaycan belə bir layihənin həyata keçirilməsində maraqlıdır».

Nazir müavininin sözlərinə görə, Azərbaycanda RİZ-in yaradılması ilə bağlı bir neçə mexanizmə baxılır: «Belə zonanın bütün ölkə ərazisində fəaliyyət göstərməsi də mümkündür». Qeyd edək ki, «BakuTel-2010» beynəlxalq İKT sərgi-konfransı noyabrın 23-26-da keçiriləcək

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda “BakuTel-2010” sərgisi açıldı

24-11-2010

«Elektron Azərbaycan» Dövlət Proqramının prioritetləri açıqlanıb

10-12-2008

“BakuTel-2010” sərgisində İKT yeniliklərinin naviqatoru

21-11-2010

Azərbaycanda hər 100 nəfərdən 95-nin telefonu var

24-11-2010

Azərbaycanın bölgələrindəki ATS-lər ilin sonunadək tam elektronlaşacaq

24-10-2010

«Xalq Kompüteri» layihəsini davam etdiriləcək

27-10-2009

Bakıda Bakutel 2008 sərgisi öz işinə başlayır

11-11-2008

Azərbaycan ilk rabitə peykinə investisiyasını 7 ilə geri qaytara biləcək

09-03-2011

Regional İnnovasiya Zonaların yaradılması barədə layihənin icrasına başlanacaq

14-10-2009

Elektron-rəqəmli imzaların verilməsi mərkəzi işə salınıb

01-07-2011

Hazırda “Yüksək Texnologiyalar Parkı”nın formalaşdırılması üzrə təşkilati məsələlərin həlli istiqamətində işlər aparılır

14-06-2013

“CeBIT Bilişim Eurasia 2010” informasiya texnologiyaları sərgisinə start verilir.

07-10-2010

Azərbaycan əhalisinin yarısı internetdən istifadə edir

24-11-2010

Azərbaycanla Belarus arasında İKT üzrə əməkdaşlıq haqqında sənəd imzalanıb

13-11-2008

Azərbaycan nümayəndə heyəti TurkmenTel-2010 sərgi-konfransında iştirak edəcək

15-09-2010

Azərbaycan əhalisi onlarla telekanala pulsuz baxa biləcək

23-12-2010

“Microsoft Azerbaijan” şirkəti növbəti “İnnovasiya günü”nü keçirib

06-03-2013

Azərbaycanda regional texnopark yaradılacaq

03-11-2016

BakuTel sərgisində Microsoft Windows 8 əməliyyat sistemi nümayiş olundu

07-11-2012

BakuTel öz loqotipini dəyişdirib

13-01-2011

Bakı rabitə operatoru telefon danışıqları üçün vaxt hesabı ilə ödəmə sisteminin tətbiqinə hazırdır

26-01-2011

Azərbaycanda hər 100 nəfərə 45 internet istifadəçisi düşür

17-01-2011

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tezliklə fəaliyyətə başlayacaq

08-04-2013

Rəqəmsal yayıma keçid ilkin mərhələdə icbari olmayacaq

07-10-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə