Previous Next
Bağla

Gənc bloggerlərin barəsində hökmdən apellyasiya şikayəti verilib

23-11-2009 15:30
Gənc bloggerlərin barəsində hökmdən apellyasiya şikayəti verilib

21 noyabr tarixində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Gənclərin Hüquqlarını Müdafiə Komitəsi (GHMK) Emin Milli (Abdullayev) və Adnan Hacızadənin həbsi ilə bağlı mətbuat konfransı keçirdi. Konfransda çıxış edən GHMK üzvü Erkin Qədirli bildirdi ki, hazırda həbsxanada olan vəkillər – İsaxan Aşurov və Elton Quliyev ləngidikləri üçün konfransda iştirak etmirlər. E.Qədirli jurnalistlərə məlumat verdi ki, Səbail rayon məhkəməsinin gənclərlə bağlı çıxardığı hökmdən artıq  apellyasiya şikayəti verilib. O, əlavə etdi ki, bu işlə bağlı Avropa İnsan Hüquqları məhkəməsinədək davam edəcəklər.

E.Qədirlinin sözlərinə görə, valideynləri Adnan Hacızadə və Emin Milli ilə görüşmələri üçün hakimə müraciət ediblər.

Adnan Hacızadənin atası Hikmət Hacızadə çıxışı zamanı bildirdi ki, Səbail rayon məhkəməsində tərəflərin bərabərlik hüququ kobud şəkildə pozulduğuna görə, məhkəmənin qərarını ədalətsiz hesab edir. O qeyd etdi ki, Apelyasiya məhkəməsi Azərbaycanın imicinə ciddi zərbə vurulmaması üçün ədalətli qərar çıxararaq, şikayəti təmin etməli və gənclər azadlığa buraxılmalıdır.

Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. İstintaq gənclərə qarşı Cinayət Məcəlləsinin 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürmüş və Səbail rayon məhkəməsi noyabrın 11-də Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. //RATİ

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Həbsdə olan bloggerlər ailə üzvləri ilə görüşə biləcəklər

25-11-2009

Metyu Brayza həbsdə olan blogerlərlə bağlı prezidentə müraciət edib

13-08-2009

Gənc bloggerlərin apellyasiya şikayəti icraata verilib

10-12-2009

Həbs olunmuş blogerlərlə bağlı forum bağlanıb

03-08-2009

Blogger Adnan Hacızadə azadlığa buraxıldı

18-11-2010

Bloggerlərə hökm oxundu

11-11-2009

Blogerlərlə bağlı Bakı Apellyasiya Məhkəməsinə iki şikayət verilib

19-08-2009

Bloggerlərin məhkəməsi bu gün davam edir

09-10-2009

Gənc bloggerlərin həbsinə beynəlxalq etirazlar davam edir

13-11-2009

Blogerlərin iddiası təmin edilmədi!

11-08-2009

Gənc bloqqerlərin məhkəməsi başladı

18-09-2009

Bu gün həbsdə olan blogerlərin şikayətinə baxılacaq

28-08-2009

Bloqqerlərin məhkəməsində şahidlər dindirildi

16-09-2009

Bloqqerlərin məhkəməsi təxirə salındı

13-10-2009

Bloggerlərin məhkəməsi sentyabrın 16-na qaldı

04-09-2009

CNN Emin Milli və Adnan Hacızadənin həbsindən yazdı

12-11-2009

Bu gün bloggerlərin məhkəməsidir

16-09-2009

Vəkil İsaxan Aşurov: Bloggerlərin işi saxtalaşdırılıb

19-10-2009

Blogerlərin növbəti məhkəmə prosesi sentyabrın 4-nə təyin edilib

27-08-2009

Blogerlərlə bağlı yeni ittiham irəli sürülüb

24-08-2009

Bloggerlər barəsində cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

09-10-2009

Blogerlərin işi prokurorluğa göndərildi

25-08-2009

Bu gün bloqqerlərin məhkəməsi davam edəcək

01-10-2009

Bloqqerlərin məhkəməsi davam edir

07-10-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə